“Azərbaycan Çin-Pakistan iqtisadi dəhlizindən yararlana bilər”
Tarix: 03.07.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Çin-Pakistan iqtisadi dəhlizi – CPEC Azərbaycan üçün də önəmlidir. Azərbaycan bu dəhliz vasitəsilə Çinə öz mallarını göndərə bilər”.
 
Bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 
Səfir bildirib ki, Həştərxandan başlayaraq mallar Azərbaycan, İran və Pakistan vasitəsilə  birbaşa Çinə göndərilə bilər: “Biz Qvadar dəniz limanının genişləndirilməsi üzərində işləyirik. 2025-ci ilə qədər bu limanın daha çox və daha böyük gəmiləri qəbul edə biləcəyinə ümid edirik. Azərbaycanı Pakistanla və Mərkəzi Asiya ilə birləşdirən “Lapiz Lazzuri” dəmir yolu və Aşqabad sazişi üzrə yaradılan nəqliyyat dəhlizi də mövcuddur. Sadalanan bu layihələrin hər biri Azərbaycan üçün mühümdür”.
    
Z. L. Xan əlavə edib ki,  Pakistan CPEC layihəsi sayəsində yeni enerji infrastrukturu və ticarət marşrutları vasitəsilə regional əməkdaşlıqda “hub”a çevriləcək. 
 
RCCİ-nin keçmiş prezidenti, hazırkı qrup lideri Sohail Altaf isə Azərbaycan  və Pakistan arasında birbaşa aviareysin olmasının vacibliyinə  diqqət çəkib və bunun tez bir zamanda gerçəkləşdirilməli olduğunu deyib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib
18.07.2018
İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
18.07.2018
Sözü bitən müxalifət
18.07.2018
“Xainlər cəzasını alacaq“
18.07.2018
AK internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info