“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusunda beynəlxalq tədbir
Tarix: 03.07.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursuna başlanılıb. Bu dəfəki kurs “Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunub.
Dörd gün davam edəcək təlim kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma iştirak edib.
S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlik tədbirlərin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.
Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırıb.
Tədbirdə M.Musayev, İ.Əliyev, E.Radisauskiene, M.Puşkin, C.Buma çıxış edərək, belə təlim kurslarının əhəmiyyətindən bəhs ediblər. Sonra BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Gənclərin məşğulluğunu dəstəkləyən makroiqtisadi yanaşma və əmək bazarı siyasətləri” mövzusunda təqdimatı olub.
Panel müzakirələr formatında davam edən kursun gündəliyinə beynəlxalq və yerli mütəxəssislər tərəfindən “Məşğulluq xidməti orqanlarına ümumi baxış və əməkdaşlıq, aktiv və passiv əmək bazarı proqramları”, “Azərbaycanın məşğulluq xidməti orqanları tərəfindən icra olunan aktiv əmək bazarı proqramlarına ümumi baxış”, “Gənclərin məşğulluğunun təşviqi üzrə Məşğulluq Xidməti orqanlarının portfeli”, “Məşğulluq Xidməti orqanlarının təlim və təhsil proqramları”, “Gənclərin işə qəbulu üzrə müəssisələrin təşviqi: subsidiyalı məşğulluq”, “Özünüməşğulluğun təşviqi üzrə Azərbaycan təcrübəsi”, “Özünüməşğulluq və gənc sahibkarların dəstəklənməsində Məşğulluq Xidməti orqanlarının rolu”, “Məşğulluq Xidməti orqanlarının həssas əhali qruplarına yönəlik proqramları”, “Qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid prosesində Məşğulluq Xidməti orqanlarının iştirakı” və s. mövzularda təqdimatlar, fəaliyyət planlarının hazırlanması daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info