Ercanik Abqaryan: ”Qərb ermənilərin Rusiyanın təsir dairəsini tərk etməsini istəyir”
Tarix: 03.07.2018 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Sorğuda erməni respondentlərin yarıdan çoxu Rusiya və KTMT-yə inanmadıqlarını bildiriblər

Hər şeydən əvvəl xatırladaq ki, Ermənistanın aparıcı siyasət adamları Dağlıq Qarabağla bağlı yaranmış şəraitin artıq ciddi vəziyyət aldığını anlamağa başlayıblar.
Xatırladaq ki, Ermənistan rəsmiləri artıq Azərbaycanın Naxçıvan istiqamətində hərəkətləri barədə KTMT-yə məlumat da veriblər. Lakin maraqlısı budur ki, «Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb». Sübut kimi, Ermənistandakı Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin ölkə əhalisi arasında keçirdiyi rəy sorğusunu göstərə bilərik. Belə ki, mərkəzin 900 respondent arasında keçirdiyi sorğuda respondentlərin yarıdan çoxu artıq Rusiya və KTMT-ə inam nümayiş etdirmədiklərini dilə gətiriblər.
Bütün bunlar barədə ermənilərin «1in.am» saytına danışan Ercanik Abqaryan Ermənistan parlamentinin sabiq deputatı olub. Ermənistandakı hazırkı durumu o qədər də yaxşı hal kimi dəyərləndirməyən sabiq deputat deyir ki, bu gün hər şeyə açıq gözlə baxmaq lazımdır: «Bu, xüsusilə erməni hərbi və siyasi rəhbərliyinə aiddir. Son iyirmi il ərzində beynəlxalq münasibətlərdəki gərginliklər heç vaxt indiki kimi pisləşməyib. Bu gün Qərb birliyi artıq çat verməkdədir, dünyadakı iqtisadi müharibələr davam edir, münaqişə ocaqlarının sayı artır. Bütün bunlarla yanaşı, artıq bəzi güc dövlətləri militarizasiya xəstəliyinə tutulmaqdadır. Bu gün Ermənistan üçün ən böyük təhlükə, əsasən iqtisadi və siyasi maraqları üst-üstə düşən Rusiya, Türkiyə və Azərbaycan tərəfindən yeni bir antierməni birliyin yaranmasıdır». Ercanik Abqaryan burada «rus imperatorlarının ənənəvi xəyanətlərini, onların erməni inqilabına olan gizli nifrətini də unutmamağı» da bildirir: «Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, vəziyyət çox təhlükəlidir».

1in.am”: ”Azərbaycan Qərbdə müstəqilliyinin heç bir hissəsini Rusiyaya güzəştə getməyən müstəqil ölkə kimi tanınır”

«Belə şəraitdə, Ermənistanın həm döyüşdə, həm də diplomatik sahədəki hərəkətləri necə olmalıdır» sualını cavablandıran sabiq erməni deputat bu sahələrdə müəyyən fəaliyyətin vacibliyini bildirir: « İlk növbədə, yeni erməni rəhbərliyi yaranmış təhlükəli vəziyyət nəticəsində ortaya çıxan daxili və xarici reallıqlara uyğun olaraq qərarların qəbul edilməsini tələb etməlidir. Siyasi sahədə, ilk olaraq hakimiyyət ierarxiyasını sabitləşdirməyə çalışmalıdır.
Maraqlıdır ki, sayt əməkdaşının Ermənistandakı məxməri inqilabdan sonra Bakı ilə İrəvan arasındakı danışıqlar prosesində hansı irəliləyişin ola biləcəyi ilə bağlı sualını cavablandıran Abqaryan, bu sahədə Qərbin öz hesabının olduğunu bildirir: «Ermənistan və ermənilər baxımından Qərb bizim diasporumuzun təsirini, Cənubi Qafqaz regionunda xristian-İslam sərhədində olmağımızı və bir sıra halları nəzərə alır. Bundan başqa, Qərb üçün ermənilərin Rusiyanın təsir dairəsini tərk etmək istəmədikləri son dərəcə qəbuledilməzdir. Onlar ermənilərin demokratiya qurmaq arzusunu da qeyri- ciddi qəbul edirlər. Ancaq Azərbaycan Qərbdə öz müstəqilliyinin heç bir hissəsini Rusiyaya güzəştə getməyən müstəqil bir ölkə kimi tanınır. Azərbaycanlıların neft və tranzit əlaqələri var. Azərbaycan Mərkəzi Asiya ölkələrinə, xüsusilə də Əfqanıstan və Qırğızıstana yol məsələsində ABŞ üçün körpü rolunu oynayır. Məhz buna görə də, bu və digər reallıqları nəzərə alan Qərb Ermənistan-Azərbaycan danışıqlarında neytral mövqe nümayiş etdirir. Bununla belə mən, danışıqların əvvəlki məcraya dönəcəyinə inanmamaqla yanaşı, erməni siyasətçilərinin belə bir görüşə hazır olduqlarını da görmürəm».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info