Musiqili Teatrın solisti 100 illiyin marşını oxudu
Tarix: 03.07.2018 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


         İyunun 30-da Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrının solisti Səməd Xasiyev “Azərbaycan Polisi” marşını ifa edib.
Qeyd edək ki, geniş vokal imkanlarına malik olan istedadlı aktyor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirəndən sonra 2003-cü ildən taleyini Musiqili Teatrla bağlayıb, indiyə qədər müxtəlif obrazlar - Fəxri- ("Əlin cibində olsun”), Fəqan- (İ.Məlikzadə, S.Ələsgərov "Kələkbazlar”), Lotu Gülməmməd- (T.Vəliyeva, F. Sücəddinov "Mən dəyərəm min cavana”), Makedon- (M.Haqverdiyev, R.Mirişli "Qısqanc ürəklər”), Akif- (O.Rəcəbov "Şeytanın yubileyi”), Həsənqulu bəy, Sərvər- (Ü.Hacıbəyli "O olmasın, bu olsun”), Əsgər, Vəli- (“Arşın mal alan”), Ağacdələn- ("Baş tutmayan hiylə”), Canavar- ("Qırmızı papaq”), Çaqqal- (O.Zülfüqarov, R.Heydər "Şəngülüm, Şüngülüm, Məngülüm”) obrazlarını canlandırmışdır.




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər
14.07.2018
“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
13.07.2018
İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info