Hökumət ölkənin və əhalinin təhlükəsizliyini, normal həyat ritmini təmin etmək iqtidarındadır
Tarix: 04.07.2018 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezident Administrasiyası ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.
 
APA-nın xəbərinə görə, məlumatda deyilir:
 
“2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan  qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb. 
Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib. Hal-hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir".
 
Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:  
 
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə  tam əsas verir.
 
Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali  arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər. Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək”.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib
18.07.2018
İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
18.07.2018
Sözü bitən müxalifət
18.07.2018
“Xainlər cəzasını alacaq“
18.07.2018
AK internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info