Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Azərbaycana gəlib
Tarix: 04.07.2018 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün Azərbaycana gəlib.
 
BMT-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən məlumata görə, 4-6 iyul tarixlərində Bakı şəhərində səfərdə olacaq qonaq ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.
 
İyulun 5-də başlayacaq konfransda DİM-lərə milli səviyyədə nail olma və ölkənin DİM-lər üzrə qlobal hədəf və göstəriciləri öz milli prioritetləri və inkişaf gündəliyi ilə əlaqələndirilməsi yolları müzakirə ediləcək. Tədbirdə, həmçinin, DİM-lərin icrası prosesində artıq milli səhiyyə sektorunda əldə olunmuş bir sıra nailiyyətlərə diqqət yetiriləcək.
 
Bu tədbir 2018-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan DİM-lər üzrə Yüksək Səviyyəli Konfransa hazırlıq xarakteri daşıyır.
 
Səfər çərçivəsində qonaq Azərbaycan Prezidenti İlham Əliyevlə və Azərbaycanın digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Azərbaycan baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriləcək.
 
Səfər müddətində baş direktor Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzinə və Azərbaycanın Milli Onkologiya Mərkəzinə baş çəkəcək.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib
18.07.2018
İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
18.07.2018
Sözü bitən müxalifət
18.07.2018
“Xainlər cəzasını alacaq“
18.07.2018
AK internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info