Koçaryanın həbs olunma ehtimalı artır
Tarix: 04.07.2018 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


1 mart qırğınına görə həbs olunan sabiq müdafiə nazirinə əmri yalnız Koçaryan verə bilərdi

On il əvvəl prezident seçkilərinin saxtalaşdırıldığını iddia edən və Serj Sarkisyanın «qələbəsni” tanımayan erməni müxalifətinin keçirdiyi etiraz aksiyası polis qüvvələri tərəfindən dağıdılmış və müqavimət göstərən etirazçılara qarşı ordu cəlb olunmuşdu. Xatırladaq ki, bu toqquşmalar zamanı xeyli insan güllə xəsarəti almış, onların 10 nəfəri həlak olmuşdu. Onu da xatırladaq ki, «1 mart» kimi erməni tarixinə düşən bu hadisədə xeyli erməni səlahiyyətlisi istintaqa çağrılsa da, hələ ki, heə kəs ittiham olunmayıb. Lakin son günlər erməni saytları bu mövzuya geniş yer ayırmaqdadır.
«Ermənistanın sabiq müdafiə naziri, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Mikael Arutyunyan Konstitusiya quruluşunu zorakılıqla devirməkdə ittiham olunur». Ötən gün bu barədə Ermənistanın “News.am” saytı məlumat yayıb. Qeyd edilməlidir ki, bu xəbərə şərh verən əksər erməni saytları bunu «bir sıra səbəbdən, tərəddüd etmədən sensasion çağırış» kimi dəyərləndirirlər. Çünki bu ittihamda əsas fiqur kimi Mikael Arutyunyan göstərilsə də, ona qarşı irəli sürülən ittihamlar birbaşa sabiq erməni prezidenti Robert Koçaryana, onun cinayətlərinə yol açır. Xatırladaq ki, həmin ərəfədə Mikael Arutyunyan müdafiə naziri kimi, əslində, ölkənin Ali Baş Komandanlığına tabe idi və oranın göstərişi olmadan heç bir qərar qəbul etmək iqtidarına malik deyildi. Ermənistanın Ali Baş Komandanı isə, məlum olduğu kimi, Robert Koçaryan idi. Beləliklə, maraqlı bir mənzərə alınır. Yəni Mikael Arutyunyan Xüsusi İstintaq Xidmətinin ittihamlarını qəbul etməli, ya da Robert Koçaryanın əmrlərinə tabe olduğunu söyləməlidir. Maraqlıdır, görən sabiq nazir hansı variantı secəcək?
Ermənilərin «1in.am» saytı bu sualda da başqa bir xüsusiyyətin olduğunu istisna etmir: «Görən, bu məqamda Robert Koçaryan hansı variantı seçərdi? Təbii ki, böyük ehtimalla, o Mikael Arutyunyanı tək buraxmaqla, gözləmə mövqeyini tutardı. Bəlkə də, Koçaryan Arutyunyanın təqaüddə olan yaşlı bir hərbi qulluqçu olduğunu nəzərə alıb, məsuliyyətin bir qismini öz üzərinə götürəcək. Axı Arutunyan yuxarıdan verilən əmri yerinə yetirib»
Əlbəttə, bu da çox çətin, kifayət qədər məsuliyyət və gerçək kişilik tələb edən bir addımdır ki, bunun da Koçaryan tərəfindən atıla biləcəyi inandarıcı görünmür. O da önəm kəsb edən məsələlərdəndir ki, 10 ildən bəri yol gələn və hələ də açılmamış qalan 1 Mart hadisələri ilə bağlı cinayət işi yalnız Robert Koçaryana deyi, həm Serj Sarkisyana, həm erməni parlamenti rəhbərliyiniə , həm də erməni deputatlarına yol açır. Ümumiyyətlə, Mikael Arutyunyanın əleyhinə olan ittihamlar ən azından bütün bu subyektlərin sorguya çağırılmalarını birbaşa olaraq qaçılmaz edir.
Yeri gəlmişkən qeyd edilməlidir ki, həmin ərəfədə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olmuş Seyran Ohanyan da dairəyə daxildir. Yəni o da 1 martda baş verən hadisələrdə əsas rol oynayanlardan biri kimi, bir sıra suallara cavab verməlidir.
Beləliklə, sayt on ildən sonra, 1 mart hadisəsinin tamamilə yeni bir-domino təsiri təsiri bağışlaya biləcək vəziyyətdə olduğunu və hər hansı bir domino daşına toxunulacağı təqdirdə, onların digərlərini aşıra biləcəyi ehtimalını irəli sürür. Adları çəkilən R.Koçaryan və S.Ohanyandan artıq ilkin ifadələr alınıb. İstintaq ədalətli aparılsa, hər ikisi məsuliyyətə cəlb olunmalıdır. Hər ikisinin də əli minlərlə günahsız azərbaycanlının qanına batıb. Necə deyərlər, Tanrının cəzası ağır olar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info