“Azərbaycan istənilən çətinliyin öhdəsindən gələn ölkədir”
Tarix: 04.07.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Son günlər ölkəmizdə yaşanan enerji və bəzi komunal çətinliklərlə bağlı Agyol.az -a fikirlərini bildirən Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib ki, hər bir vətəndaş istənilən çətinlik və problemin həllində ilk növbədə Prezident İlham Əliyevə və dövlətimizə güvənir.
“Azərbaycan güclü dövlətdir və ölkəmizdə istənilən təxribatlar törətmək mümkün deyil. Bunu ölkəmizin düşməni də bilir. Dünyanın hər bir ölkəsində enerji , komunal kimi problemlər , təbii fəlakətlər baş verə bilir. Bundan heç bir ölkə suğortalanmayıb. Hər gün müxtəlif ölkələrdə yüzlərlə belə hallar baş verir. Bu, müvəqqəti çətinlik də artıq arxada qalacaq. Günahkarlar sözsüz ki , cəzasını alacaq. Bu məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Prezidentin sərəncamı ilə artıq müvafiq Dövlət Komissiyasıda yaradılıb . Ən qısa zamanda Dövlət Komissiyası bununla bağlı bütün məsələlərə aydınlıq gətirəcək. Bütün vətəndaşlarımız təmkinli olmalı, sosial şəbəkələrdə hər hansı panika yayanlara inanmamalıdır. Ölkəmiz müharibə şəraitindədir və bundan istənilən təxribatlar törətmək və dezinformasiyalar yaymaq istəyənlərə şərait yaratmaq olmaz.
Azərbaycan hər zaman olduğu kimi istənilən çətinliyin öhdəsindən gələn ölkədir. Ölkəmizin gücü bizi gözü götürməyənləri və düşməni narahat edir. Lakin düşmənin arzusu ürəyində qalacaq”- deyə, o bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info