“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti bərpa edilib
Tarix: 04.07.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


İyulun 3-də gecə saatlarında qəza baş verən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti artıq bərpa edilib. Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib.
“Hazırda problem həll olunub, enerji sisteminin fəaliyyəti tam şəkildə bərpa edilib. Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb. Hazırda vəziyyət qənaətbəxşdir. Sistemin dayanıqlığının möhkəmləndirilməsi ilə bağlı digər müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir”,- deyə Y. Babanlı qeyd edib.
Onun sözlərinə görə, hazırda ölkə elektrik sisteminin enerji ilə təminatında “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı, digər mövcud güclərdən də istifadə edilir.
Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.
İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İlkin məlumata görə, qəza bir neçə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Ötən gün təxminən saat 19 radələrində "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi
10.08.2020
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
10.08.2020
“Qala Sığorta”nın sığorta bazarına növbəti töhfəsi
10.08.2020
ASA 1-ci yarımil üzrə göstəriciləri ictimaiyyətə açıqlayıb
10.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info