Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandırıb
Tarix: 04.07.2018 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


108-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar artist Pərviz Məmmədrzayev - “Ən yaxşı kişi roluna görə”, Gülnarə Abdullayeva - “Ən yaxşı qadın roluna görə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə - “Mövsümün ən yaxşı rejissor işinə görə”, Elnarə Nağdəliyeva - “Mövsümün sevilən aktrisası”, Nicat Əli (Həbibov) - “Mövsümün sevilən aktyoru”, Gülnarə Əzizova - “Mövsümün məhsuldar aktyoru”, Nərgiz Kərimova - “Bərpa tamaşasında uğurlu roluna görə”, Roman Krasnov - “Mövsümün ən yaxşı balet artisti”, Təranə Əliyeva - “Mövsümün ən yaxşı xor artisti”, Yusif Hüseynov - “Mövsümün ən yaxşı musiqiçisi”, Fəridə Aslanova - “Mövsümün ən işgüzar əməkdaşı”, Hüseyn Nağıyev - “Mövsümün ən yaxşı uşaq roluna görə”, Tamilla Sadıqova - “Teatrın dostu”, Kəmalə Novruzova - “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qalib olub. Həmçinin Əsgər Əsgərovun quruluşunda özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası - “Mövsümün ən yaxşı tamaşası” seçilib.  
Azərbaycan Respublikasının xalq artisti Fatma Mahmudova və Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.
Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası 3 il öncə – 105-ci teatr mövsümünün yekununda qoyulub. Mükafatın təsisçiləri Musiqili Teatr və qurumun Həmkarlar İttifaqıdır.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək
22.08.2019
Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını
22.08.2019
Husilər Səudiyyə Ərəbistanın Hamis-Muşayt şəhərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info