“Ertehaber.com”: “Ermənistana böyük göz dağı”
Tarix: 05.07.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın son illər əldə etdiyi uğurlar davamlı olaraq xarici ölkə mediasında işıqlandırılır. Qonşu Türkiyənin KİV-lərində də ölkəmizlə bağlı çoxsaylı yazılar dərc edilir. Ölkəmizin müxtəlif sahələrdə inkişafını işıqlandıran bu məqalələr sırasında Azərbaycan Ordusu ilə bağlı yazılar da var. Bu yazılardan biri kimi qəzetimizdə yer alan “Habertürk”ün “Azərbaycan orduya ən çox vəsait ayıran ölkələr sırasındadır” adlı yazı idi. Qeyd edilirdi ki, illik xərci 1 milyard dollardan artıq olan ölkələr sırasında 1.528 milyard dollarla Azərbaycan da yer alıb.
Bundan başqa, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad da qardaş Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Bu günlərdə isə Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması ilə bağlı Türkiyənin bir çox televiziya kanallarında reportajlar, mediada yazılar dərc edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Bununla bağlı qonşu ölkənin mediasında dərc edilən yazılardan biri “Ertehaber.com” saytında yer alan “Ermənistana böyük göz dağı” adlı yazıdır. Yazıda qeyd edilir ki, Azərbaycan Ordusu 20 min əsgərin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yazıda qeyd edilir ki, təlimlərə 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Sabaha kimi davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edək mövzu ilə bağlı Türkiyənin “Trtavaz.com.tr”, “Aksam.com.tr”, “Ahaber.com.tr”, “Aa.com.tr”, “Haberler.com”, “tr.sputniknevs.com” saytlarında “Azərbaycan ordusu geniş həcmli təlimlərə başladı”, “Dunyabulteni.net”də “Azerbaycan Ordusundan 20 min əsgərli böyük təlim”, “BenguTurk.com”: “Azərbaycan Ermənistanı qorxutdu” başlıqlı yazılar dərc edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
18.12.2018
Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
18.12.2018
BMT Baş Assambleyası Qaçqınlar haqqında Qlobal Saziş qəbul edib
17.12.2018
Avropa informasiya agentlikləri uydurma xəbərlərə qarşı mübarizə elan ediblər
17.12.2018
Finlandiyadakı soydaşlarımız Həmrəylik Gününü qeyd edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info