Polis: “Eymsberidəki şəxslər “Noviçok`` maddəsindən zəhərləniblər`
Tarix: 05.07.2018 | Saat: 05:48:00 | E-mail | Çapa göndər



Böyük Britaniyanın Eymsberi şəhərində bir qadın və bir kişi “Noviçok`` maddəsindən zəhərləniblər``.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotlend-Yardın məlumatında bildirilir.
Bununla belə polis Solsberi və Eymsberidə eyni mənbədən olan “Noviçok`` maddəsindən istifadə olunduğunu təsdiqləməyib. Skotlend-Yarddan həmçinin bildiriblər ki, zəhərlənənənlərin Skripallar ilə əlaqəli olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) mart ayında Solsberi şəhərində “Noviçok” adlı kimyəvi maddədən istifadə edildiyini təsdiqləyib.

***



20:33

Böyük Britaniyanın Eymsberi şəhərində naməlum maddədən zəhərlənən 2 nəfərin vəziyyəti ağırdır.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəsmisi məlumat verib.
“Mənşəyi bilinməyən maddədən zəhərlənən iki Eymsberi şəhər sakini, 44 yaşlı qadın və 45 yaşlı kişinin müalicəsi davam etdirilir. Onların vəziyyəti ağır olaraq qalır”, məlumatda deyilir.
Faktla bağlı polisin terrora qarşı bölməsi araşdırma aparır.
Qeyd edək ki, ötən gün Eymsberi şəhərində iki nəfər naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərində küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında xəstəxanadan buraxılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info