“Marş : İrəli” layihəsi davam edir
Tarix: 05.07.2018 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.
Ağdam rayonunda keçirilən layihənin 3-cü günündə komanda birliyini gənclərdə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, daha sonra isə təlimçi Anar Məmmədovun təqdimatında “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh” mövzusunda təlim keçirilib. Bu mövzuda müzakirələr aparılıb. Günün sonunda hərbiyə dair suallardan ibarət “Nə? Harada? Nə zaman?”(NHN) intellektual yarışı baş tutub.
Layihənin 4-cü günündə "Aprel döyüşlərində" iştirak edən Azərbaycan şərəfli oğulları, qaziləri-Hikmət Məmmədov, və Azərbaycan şəhid, əlil və veteranlar ictimai birliyinin təşkilat komitəsi rəhbəri, ehtiyatda olan polkonvik-leytenant Elmar Hüseynovla maraqlı görüş baş tutub. Əsgərlərimizin qazandığı böyük uğur - Lələtəpə postunu geri qazanmamıza səbəb olan aprel hadisələri mövzusunda müzakirə həyata keçirilib. Gəncər paintboll yarışı üzrə mübarizə aparıblar. Günün yekununda isə gənclər hərbi vətənpərvərlik mövzusunda olan milli filmlərdən səhnələri teatr kimi nümayiş ediblər.
Layihənin 5-cü günündə Komanda yarışı sessiyasında gənclər fərqli yarışlarda iştirak edib, əlbəyaxa döyüş taktikası ilə tanış olublar. Daha “Axtar-tap” intellektual oyunu baş tutub. Günün proqramı sərbəst atıcılıq ilə davam edib. Günün sonunda Hərbi intellektual yarış baş tutub.
Layihədə Azərbaycan üçün əhəmiyyətli olan “Qarabağ həqiqətləri”, “ASQ-yə xidmət edirəm”, “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh, “Aprel döyüşləri” kimi mövzularda ictimai müzakirə keçirilib
Xatırladaq ki, layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
“Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info