AtaBank-ın Cash-in bankomatları artıq istifadənizdə!
Tarix: 05.07.2018 | Saat: 11:33:00 | E-mail | Çapa göndər


Oruc İbrahimov: “AtaBank-ın ATM şəbəkəsinin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır”
Daim yüksək xidmət səviyyəsi ilə seçilən AtaBank, ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib. Artıq AtaBank-ın plastik kart istifadəçiləri bu bankomatlar vasitəsi ilə hesablarına dərhal vəsait mədaxil edə biləcəklər. Bu da onlara əməliyyatlarını vaxt itirmədən, daha rahat və sürətli həyata keçirmək imkanı yaradacaq.
Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər.
Cash-in bankomatları ilə bağlı “AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “Müştəri məmnunluğuna daim önəm verən AtaBank, yeni məhsul və xidmətləri ilə müştərilərini sevindirərək hər zaman bir addım öndə olmağa çalışır. Gələcəkdə AtaBank-ın ATM şəbəkənin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır”. 
Cash-in ATM-lərin quraşdırıldığı ünvanlar: 
“Dostluq” filialı - Azadlıq pr., 124; 
“Bakı” filialı - Neftçilər pr., 67; 
“28 May” metro stansiyasının daxilində - əsas giriş. 
Bankomatlar və Ödəmə terminalları haqqında daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Muzey işçilərinin assosiasiyası yaradılacaq
19.07.2018
Saxta sənədlərlə dövlət sərhədini keçmək istədilər
19.07.2018
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18.07.2018
Müsabiqəyə 7 min vakant müəllim yeri çıxarılıb
18.07.2018
Müsabiqədən keçən namizədlərlə söhbətlər iyulun 30-dan başlanılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info