Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzində olub
Tarix: 05.07.2018 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Yaponiyanın cənubunda yerləşən Kaqoşima prefekturasının Amami adalarında Yaponiyanın 2000-dən çox biznes adamını özündə cəmləşdirən “Sərhədləri Ötənlər Klubu”-nun (Cross Border Club, Ekkyokai) yaradılmasının 5 illiyinə həsr edilmiş təntənəli seminar təşkil edilib. Tədbirdə ən əsas diqqət Yaponiya və Azərbaycan mədəni əlaqələri, eyni zamanda hər iki ölkənin regionları arasında olan potensial biznes imkanlarına yönəldilib. Ölkəmizi tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov təmsil edib. “Sərhədləri Ötənlər Klubu”-un ötən 5 illik fəaliyyəti müddətində ən çox işlər görülmüş ölkə Azərbaycandır desək, yanılmarıq. Bu işdə sözü gedən klubun rəhbəri İşida Kazuyasunun xidmətləri danılmazdır. İ. Kazuyasunun rəhbərliyi altında bugünədək Azərbaycana 800-dən çox yaponiyalı biznesmen təşrif buyurub. 2014 və 2017-ci illərdə iki dəfə Bakıda Yaponiya məhsullarının sərgisi (Japan EXPO) keçirilib. Azərbaycanda Yaponiya məhsulları və mədəniyyəti təbliğ olunubdur. Eyni zamanda, İ. Kazuyasu yapon dilində 2014-cü ildə qələmə aldığı “Yaponların tanımadığı Azərbaycan” adlı kitabı ilə yerli insanlara Azərbaycanın mədəniyyəti, iqisadiyyatı ilə bağlı ətraflı məlumat verib. Onun kitabında ən əhəmiyyətli hissə ümummilli lider Heydər Əliyevin xidmətlərinə həsr edilmiş hissə olub. O, eyni zamanda dəfələrlə Yaponiyada Azərbaycanla bağlı geniş seminarlar təşkil edib və etməkdədir. İ. Kazuyasunun fəaliyyəti hər zaman Azərbaycanın biznes və siyasi dairələrinin marağında olub. O, hər zaman Azərbaycanda böyük hörmət və sevgi ilə qarşılandığını qeyd edir. Tədbirdə ölkəmizi təmsil edən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, diaspor fəalı Əlibəy Məmmədov Azərbaycan və Yaponiyanın potensial biznes imkanlarından danışıb. O qeyd edib ki, Azərbaycanda Yaponiyanı sevən, ona hörmət edən insanların çoxluğuna baxmayaraq Yaponiya və Azərbaycan arasında olan iqtisadi əlaqələr hələ arzuolunan səviyyədə deyil. Əlbəttə, son illərdə olan inkişaf gözəçarpır. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr ən yüksələn xəttlə davam etdirilir. Amma bizim ölkələrimiz arasında olan potensial əməkdaşlıq daha böyük imkanlardan xəbər verir. Hələ çox işlər görülməlidir. Yaponiyada yaşayan hər bir yaponun Azərbaycan adını eşidəndə üzündə təbəssüm yarananadək bu işlər davam etdirilməlidir. Yaponiyada Azərbaycanı tanıyanlar, ona hörmət edənlər, Azərbaycanda işləmək, buranın insanları ilə dost olmaq istəyən yaponların sayı günü-gündən artmaqdadır. Buna səbəb çoxdur. Amma ən əsas səbəb ölkəmizin dünyada və Yaponiyada doğru və məqsədyönlü təbliğatıdır. Ən sevindirici hal isə ondan ibarətdir ki, artıq azərbaycanlıların olmadığı yerlərdə belə yaponlar özləri müstəqil olaraq Azərbaycanın tanıtımı üçün seminar və tədbirlər təşkil edirlər. Əlibəy Məmmədov onu da qeyd edib ki, Yaponiya və Azərbaycan arasında əlaqələri sistemli və daha nəticəyə hesablanmış şəkildə davam etdirməyə ehtiyac var. Bunun üçün həm siyasi, həm mədəni, həm təhsil, həm də biznes sahəsində bu əlaqələri sistemli və ardıcıl şəkildə görmək gərəkir. Özündə 200 nəfər yaponiyalı biznesmeni cəmləşdirən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası olaraq bu işlərdə öz üzərimizə düşən işi var gücümüzlə davam etdirəcəyik. Yaponiyada bundan sonra da sönməz Azərbaycan alovu, durmaz Azərbaycan küləyi əsəcəkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
18.07.2018
İtaliya Prezidentinin qızı Qobustan və “Atəşgah məbədi” ilə tanış olub
18.07.2018
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı regional tədbir keçiriləcək
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info