Ürəyin xəstə olmasının 5 əlaməti
Tarix: 05.07.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Ümumdünya səhiyyə təşkilatının statistikasına görə, hər il dünyada 17 milyon insan ürək çatışmazlığından ölür. Ürək xəstəlikləri ildən-ilə gəncləşir. Bu gün infarkt 30-35 yaşlı kişilər arasında da artıb.
Ürək getdikcə fəaliyyətini itirməsi barədə əvvəlcədən müəyyən əlamətlərlə xəbərdarlıq edir. Siyahıya diqqət yetirin, əgər bu əlamətlərdən 3-ü sizdə varsa, təcili həkimə gedin.
1. Hava çatışmazlığı, dərindən nəfəs ala bilməmək
Milli.Az bildirir ki, ən yüngül təngnəfəslik belə 90% hallarda ürəklə bağlı olur. Əgər ən yüngül iş zamanı belə təngnəfəslik varsa, hətta uzananda belə sanki nəfəsiniz çatmırsa, o zaman kardioloqa getməyin vaxtıdır. Infaktdan öncə insan oturan yerdə yatmağa meyilli olur, çünki uzananda nəfəsi çatmır.
2. Ödəm, şişkinlik
Ürək normal tam gücü ilə işləmirsə, qan bütün mayeni çıxara bilmir, o zaman şişkinlik yaranır. Əl-ayaq və barmaqlarda şişkinlik ürəkdən şübhələnməyə əsas verməlidir.
3. Ürək döyüntülərinin artması
Əgər ürək döyüntüsü, ritmi çox artıbsa və daimi olaraq qalırsa, o zaman ciddi ürək xəstəlikləri astanasında olduğunuzu düşünün
4. Ağrı
Ağrı təkcə ürəyin üstündə olmur. Qarın, boyun, kürək, çiyin, qol əl, hətta çənə ağrıları da ürəkdən qaynaqlana bilər. Qəfildən tuta bilər, zəif ağrı ola bilər, bir neçə gündən bir neçə həftəyə kimi davam edə bilər. Onu çox vaxt əzələ, mədə, nevralgiya, diş ağrıları ilə səhv salırlar. Bunu yoxlamaq üçün sadə bir misal: ağrı zamanı dil altına nitroqliserin qoyun. Əgər ağrı azalsa, yaxşılaşma olsa, deməli, problem ürəkdədir.
5. Xoruldamaq və yuxuda nəfəsalmanın pisləşməsi
5 il ərzində xoruldamaq və yuxuda nəfəsi tıxanmağı müalicə etdirməyən insanın miokard infarktı olma riski 50% artır. Ümumiyyətlə, xoruldayan insanlar gələcəkdə ürəklə başları dərddə olacağını bilsin və tədbirli davransın.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info