Amerika Ticarət Palatası ilə əmək və məşğulluq sahələri üzrə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb
Tarix: 05.07.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrası, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərində sahibkarlarla daha fəal əməkdaşlıq müstəvisi qurmaq əsas hədəflərimizdən biridir.” Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə keçirilən görüşdə bildirib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması nəticəsində özəl sektorun milli iqtisadiyyatda rolu əhəmiyyətli şəkildə artıb.
Əmək hüquqlarının təminatı, habelə qeyri-formal məşğulluğun qarşısının alınması yönündə görülən tədbirləri diqqətə çatdıran nazir “AmCham Azərbaycan”la bu sahədə, ümumən işçilərin sosial sığorta sistemində iştirak səviyyəsinin artırılması məqsədilə fəal əməkdaşlığın həyata keçirilməsinin faydalı ola biləcəyini deyib. O bildirib ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasında işəgötürənlərlə işin düzgün və məqsədyönlü təşkili vacib şərtlərdən biridir. İşəgötürənlər, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlər tərəfindən məşğulluq orqanlarına vakansiyalar təqdim olunarkən işçi qüvvəsinə olan tələblər ətraflı şəkildə qeyd olunmalıdır. Bu tələblər, eyni zamanda, hansı peşələr üzrə işçi qüvvəsinə ehtyac olduğu barədə məlumatlar verilməsi peşə hazırlığı kurslarının təşkilində, həmçinin peşə standartlarının hazırlanmasında çox əhəmiyyətli olar. Hazırda məşğulluq xidmətləri üzrə portalın yaradılması nəzərdə tutulur ki, bu portalda şirkətlər təkcə vakansiyaları deyil, qeyd olunan məlumatları da yerləşdirə biləcəklər.
Nazir ümumən korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında, əlilliyi olan şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsində sistemli əməkdaşlığın mümkün olduğunu, “AmCham Azərbaycan”ın bu sahələrdə öz dəstəyini verə biləcəyini qeyd edib.
S.Babayev əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sisteminin İKT imkanlarından istifadə olunmaqla, müasir əsaslar üzərində təkmilləşdiriləcəyini, bu sahədə tam şəffaf elektron nəzarət sisteminin qurulacağını, bir sıra sahələr, o cümlədən tikinti sektoru üzrə sosial sığorta daxilolmalarının miqdarının müəyyən olunması ilə bağlı əmək tutumlu normativlərin hazırlanmasının nəzərdə tutulduğunu bildirib.
Nazir sosial sığorta, işsizlik sığortası barədə şirkətlər arasında geniş maarifləndirmə işlərinin aparılması sahəsində də Palata ilə əməkdaşlığın həyata keçirilməsinin önəmini vurğulayıb.
“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində aparılan islahatları, əmək bazarının qanunvericilik aktları əsasında tənzimlənməsi üçün görülən işləri maraqla izlədiklərini qeyd edib. O nazirliklə sıx əməkdaşlıqdan məmnun olduqlarını, bu əməkdaşlığın əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərini də əhatə etdiyini bildirib. Palatanın ayrı-ayrı nümayəndələri qarşılıqlı məlumat mübadiləsi və müzakirələrə, müvafiq təkliflərin ifadə olunmasına imkan verən belə görüşlərin sosial dialoqun güclənməsinə xidmət etdiyini diqqətə çatdırıblar.
Görüşdə ƏƏSMN fəaliyyət sahələrində aparılan islahatlar, əmək bazarının tənzimlənməsi, biznes qurumlarında əmək qanunvericiliyinin tətbiqi sahəsində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi aparılıb. Əmək, məşğulluq, sosial sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər səslənib və müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info