Qırğızıstanın Prezidenti TWESCO rəhbərini qəbul edib
Tarix: 05.07.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Qırğız Respublikasının Prezidenti Soronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəlini qəbul edib.
Beynəlxalq Türk Akademiyasından verilən məlumata görə, Prezident Soronbay Jeenbekov TWESCO-nun apardığı genişmiqyaslı tədqiqatlar, keçirdiyi konfrans və simpozumları diqqətlə izlədiyini qeyd edib və bildirib ki, türkdilli xalqların irsi, yaradıcılığı və mədəniyyətinin, ədəbiyyatının qorunması çox böyük əhəmiyyət kəsb edir. TWESCO bu yöndə geniş miqyaslı layihələr həyata keçirməklə, həm də bu irsi yaşatmış və qorumuş olur. Bu irsin içərisində həm də qırğız xalqının mədəni və tarixi abidələri qorunur.
Qırğızıstan prezidenti eyni zamanda Darxan Kıdırəlinin türk xalqlarının qədim tarixi haqqında yazdığı dəyərli məqalələrdən də söz açaraq,  "Manas” eposuna və Çingiz Aytmatovun yaradıcılığına ayrılan diqqətdən məmnun qaldığını bildirib.  O, qeyd edib ki, qədim irsə olan münasibət türk xalqlarını daha da yaxınlaşdırır və onların inteqrasiyasına yol açır. Prezident Beynəlxalq Türk Akademiyasını tərəfindən  ötən iki il ərzində qırğız xalqının ədəbiyyatı, folkloru, ənənələri barədə dərc edilən 20-dən artıq əsəri də türk dünyasına böyük töfhə hesab etdiyini deyib. "İnanıram ki, Sizin rəhbərlik etdiyiniz Türk Akademiyası türk xalqları arasında dostluq və qardaşlıq körpüsü olmaqda davam edəcək, və bizim əlaqələrimizi genişləndirəcək”- deyə Soronbay Jeenbekov qeyd edib.
 TWESCO prezidenti Darxan Kıdırəli  Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında, Astana, Bişkek və Daşkənd şəhərlərində Çingiz Aytmatovun 90 illik yubileyi və qırğız ədəbiyyatının şah əsəri olan "Manas” dastanın təqdimatları keçirilib. "Elmin sərhəddi olmur”- deyən Darxan Kıdırəli vurğulayıb ki, Beynəlxalq Türk Akademiyası dünyanın bir çox ölkələrində tanınmış beynəlxalq təşkilatlarla birlikdə türk dünyasının təbliği üçün əlndən gələni edir. Akademiya rəhbəri qəbul üçün Qırğızıstan prezidentinə təşəkkürünü çatdırıb.
Görüşdə Qırğız Respublikasının Prezidentinə ərəb mənbələrindən əldə olunan və ərəb əlifbası ilə yazılan qədim "Manas” dastanının əlyazması və Altay dağlarının 3000 metr hündürlüyündən tapılmış "Kıl Kıyık” – "Qıl Kaman” hədiyyə edilib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının ortaq qərarı ilə yaradılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info