Masallıda Beynəlxalq Folklor Festivalı fərqli şəkildə keçirilir
Tarix: 14.06.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


“Bu festival daha maraqlı və möhtəşəm tədbirləri ilə yadda qalacaq”

Son dövrlərdə Masallı rayonunda mədəniyyət, folklor və maarifləndirmə tədbirləri intensiv şəkildə keçirilməkdədir. Xatırladaq ki, 2012-ci ildə Masallının “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə bağlı rayonda bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib. Bundan başqa elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, sərgilər və s. bu sıradan qeyd edilməlidir. Bunların ən çox yadda qalanı Masallıda keçirilən Beynəlxalq Folklor Festivalıdır. Masallı Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu tədbir Masallının zəngin folklor nümunələrinin beynəlxalq aləmdə tanınması, eləcə də bir sıra xalqların bu qiymətli sənət inciləri ilə tanışlığı üçün çox dəyərli olub.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı geniş çərçivədə qeyd olunur, tədbirdə daha çox ölkədən qonaqlar iştirak edirlər: “İyunun 12-16-da Masallıda keçirilən festivalda dünyanın 12 ölkəsindən incəsənət ustaları öz xalqlarının mahnı və rəqslərini ifa edirlər. Festivala qatılan kollektivlər Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Dağıstan, Gürcüstan, Latviya, Rusiya və sair incəsənət ustalarıdır. Onlarla yanaşı, Ağdamın “Qarabağ bülbülləri”, habelə Masallının dörd kollektivi maraqlı konsert proqramı hazırlayıblar”.
O da qeyd edildi ki, festival günlərində rayonun turizm obyektlərinə, Masallının tarixi ilə bağlı yerlərə ekskursiyalar nəzərdə tutulub: “Turizm obyektlərində, eləcə də şəhərdə, qəsəbə və kəndlərdə konsertlər təşkil olunacaq, el sənətkarlığı nümunələrinə baxış keçirilir, sənətkarların əl işlərindən ibarət sərgilər düzənlənir.
Xalqların mədəniyyət yaxınlığının ən gözəl nümunəsi olan festivalların keçirilməsi, qonaqların qarşılanıb yola salınması, onların istirahətinin təşkili, rayonla, incəsənətimiz, musiqimiz, təbiətimiz, tariximizlə tanışlıq marağının təmin edilməsi mühüm şərtdir. Keçən il Masallı sakinləri bu tədbiri keçirmək üçün mütəşəkkillik göstərdilər. Qonaqlar gedəndən sonra xeyli müddət onların rayonumuzda qarşılanıb yola salınması ilə əlaqədar razılıq məktubları gəldi. Masallı öz qonaqlarını bu il daha yaraşıqlı, abad şəhər kimi qarşılayır. Bağlar, parklar, xiyabanlar genişləndirilmiş, küçələr abadlaşdırılıb. Şəhərin panoramı bu gün göz oxşayır. 2013-cü ildə kecirilən festival daha maraqlı və möhtəşəm tədbirləri, təşkilatçılığı, çoxsaylı uğurları ilə yadda qalacaq”.
Rayonda aktual məsələlərlə bağlı kulturoloji maarifləndirmə tədbirləri də diqqətdədir. Məsələn, erkən nikahlar cəmiyyət üçün ciddi problemlər yaradır. Bu faciə insan həyatını iflic edir, genefondumuza zərbə vurur. Onun törətdiyi bəlalar təkcə bir nəsildə təzahür etmir, gələcək nəsillər üçün də faciəyə dönür. Masallıda erkən nikahlarla mübarizədə cəmiyyət dövlət rəsmiləri ilə birgə mübarizəyə qalxıb. Bir-birindən əhatəli tədbirlərdə, kəskin söhbətlərdə erkən nikahların doğurduğu bədbəxtliklər göstərilməklə valideynlər təlimatlandırılır, maarifləndirmə işləri görülür, belə halların qarşısının alınması yolunda işlər aparılır. Bu yaxınlarda rayonun bir sıra qəsəbə və kəndlərində keçirilən tədbirlər “Erkən nikahlara yox deyək!” kampaniyasına dönüb: “Belə tədbirlərdən biri də 11 iyun 2013-cü il tarixdə Boradigah qəsəbəsində təşkil olunub. Tədbirdə qəsəbə ağsaqqalları, ziyalılar, valideynlər, gənclər və məktəblərin yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov toplaşanları erkən nikahlara qarşı ciddi mübarizəyə səslədi, həyəcan təbili çaldı. Rayon rəhbəri valideynləri tərəfindən erkən nikahlara təhrik edilən gənclərin ilk növbədə Konstitusiya hüquqlarının pozulduğunu diqqətə çatdırdı. Bildirdi ki, rayonda belə hallara qarşı ciddi mübarizə nəticəsində bu sahədə müəyyən irəliləyişlər var. Bəzən erkən nikahlıların toyu dayandırılır. Bu qorxulu kabus ilk növbədə insan həyatı üçün faciədir. Bir sıra ciddi sosial-problemlər yaradır. Erkən doğuş vaxtı fiziki hazırlıq bir yana, mənəvi cəhətdən də yetişməyiblər: qayınata-qayınana münasibətləri saxlamaq, ailəyə nüfuz etmək, ana olmaq, övlad böyütmək iqtidarında da deyillər. Rayon rəhbəri hamını bu faciəyə qarşı mübariz olmağa çağırdı. Rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov dedi ki, belə nikahlar zamanı anaların doğuş vaxtı ölüm riski daha çox olur. Doğuşların 98 faizində ana və ya uşağın ciddi zədə alması ilə nikahda olanların sağlamlığında və nəsil artırmada böyük problemlər yaranır. Rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov ağsaqqal, ziyalı mövqeyindən toplaşanlara müraciət edib onları erkən nikahlara qarşı rayon rəhbərinin prinsipiallığını daha fəal dəstəkləməyə çağırdı. Rayon prokuroru Fikrət Əsgərov, rayon polis şöbəsinin rəisi Nəriman İmanov göstərdilər ki, erkən nikahlar vətəndaşın bir sıra hüquqlarının pozulması deməkdir. Xüsusilə bu yaşda olanlara dövlət nikahı düşmür və sonradan tərəflər arasında narazılıq yarananda münasibətləri tənzimləmək bir sıra ciddi çətinliklər yaradır. Qəsəbə ərazi nümayəndəsi Nəcməddin Quliyev, əmək veteranı Musarza Kazımov, Boradigah qəsəbə xəstəxanasının baş həkimi Aygün Quliyeva, ağsaqqal Məmməd Qurbanov və başqaları çıxış edib tədbirin qəsəbədə keçirilməsinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər. Söz verdilər ki, bu aktual məsələyə biganə qalmaq olmaz, bu sahədə rayon rəhbərinin qəti mövqeyini daim müdafiə edəcəklər”.
Son günlərdə rayonun Bədəlan ərazisinin Dəmirçi kəndində “erkən nigaha yox deyək” devizi altında tədbir keçirilib: “Tədbirdə rayonun aparıcı idarələrinin rəhbərləri, kənd sakinləri, müxtəlif zümrədən olanlar fikir birliyi ifadə ediblər. Tədbirdə Rafil Hüseynov deyib ki, ailə kiçik dövlətdir. Onun uğurlu olması vacibdir. Ona zərbə vurmaq olmaz. Uşaqlarını erkən nikaha vadar edən valideynlər bu təşəbbüsdə olurlar. Rayon MX-nın baş həkimi Cəlil Nəzərov diqqəti azyaşlıların nikahı zamanı gənclərin sağlamlığında baş verən ciddi qüsurlara, onların dünyaya övlad gətirərkən rastlaşdıqları bədbəxt hadisələrə cəlb edib. Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova göstərdi ki, erkən nikahlara girmiş qızlar məktəbdən yayınır ki, bu da ilk növbədə onların intellektual inkişafına mənfi təsir göstərir. Çıxış edən sakinlər erkən nikahlara qarşı mübarizədə əlbir olmağa, bu sahədə hər hansı addıma qarşı çıxmağa söz verdilər. Rayon rəhbəri tədbiri yekunlaşdırıb bir daha xatırladıb ki, 18 yaşına çatmayanlar yeniyetmədirlər. Nikaha hazır olmayan belələrinin ailəsi davamlı olmur, cəmiyyətin probleminə çevrilir”.
Qeyd edilənlərdən başqa, bu yaxınlarda Masallı şəhərindəki Gənclər Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr də keçirilib ki, bu da sözügedən sahədə kulturoloji maarifləndirmə baxımından böyük önəm kəsb edir: “Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, ictmaiyyətin nümayəndələri, rayon sakinləri iştirak ediblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin rifah halının yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. Toplantıda çıxış edən ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir. Ombudsman E.Süleymanova ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını da xüsusi qeyd edərək, respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirib. E.Süleymanova respublikamızda insan hüquqları sahəsində ilk proqramın-“İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edildiyini və ölkəmizdə müvafiq sahədə önəmli rol oynadığını, o cümlədən Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər müəyyən etdiyini bildirib”.
Həmçinin 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğu qeyd edilib, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının əhəmiyyəti, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyi qeyd edilib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info