Koçaryan Ermənistandan qaçıb
Tarix: 05.07.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


«Joxovurd»: “Biz Robert Koçaryanın Ermənistanda günahsız insanların ölümünə bais olduğuna əminik”

Son günlər 1 mart hadisəsi, demək olar ki, Robert Koçaryanın “izinə” düşüb. O da qeyd edilməlidir ki, Ermənistanın ikinci presidenti, hazırda "həbsdən 5 dəqiqə əvvəlki" vəziyyətindədir. Buna görə də cəmiyyətdən təcrid olan Koçaryan ölkəni tərk edib. Belə bir fikir də var ki, o, köməkçisi Viktor Soqomonyanın kölgəsində “gizlənməkdə” davam edir.
Ermənilərin «Joxovurd» nəşrinə açıqlama verən Viktor Soqomonyan isə sabiq rəhbəri (xatırladaq ki, o, vaxtilə Koçaryanın mətbuat katibi işləyib-A.B.) Robert Koçaryanın 1 mart hadisələri ilə bağlı açıq suallara cavab tapmaqda maraqlı olduğunu bildirir. Bununla yanaşı, Soqomonyan, Robert Koçaryanın on minlərlə dinc nümayişçiyə atəş açmaq əmrini verməsini əsassız sayr. Nəşrə görə isə Koçaryanın törətdiyi cinayət göz önündədir və buna görə də Koçaryanla ilk sorğudan sonra onun həbsi nəzərdə tutulur. Çünki cinayətin izlərini gizlətmək mümkün deyil. Ermənistanın tarixində ilk dəfə olaraq, hüquq- mühafizə orqanları hakimiyyətin əmri ilə deyil, təkzibedilməz faktlar əsasında fəaliyyət göstərir.
Maraqlıdır ki, «Joxovurd» nəşrində dərc edilən yazıya öz səhifəsində yer ayıran «1in.am» saytı da məsələyə eyni mövqedən yanaşır. Sayt Soqomonyanın iddialarını əsassız olduğunu, sabiq şefinin müdafiəsinə hesablandığını bildirir. Sayta görə, Soqomonyanın Koçaryanın müdafiəsi ilə bağlı sözlərindəki subtekst daha təhlükəlidir. Onun «siyasi baxımdan təqib edilən Robert Koçaryan» ifadəsi, əslində ölkədən qaçmış Koçaryanın Ermənistana qayıtmaması üçün süni bir əsas yaradır: «Robert Koçaryan tutulma ehtimalının qaçılmaz olduğunu hiss edərək, Ermənistandan qaçıb. Lakin bizim də hələ ki, güman kimi olsa da, onun ədalətdən gizlənməsini və ehtimal olunan cinayət təqibindən qaçdığını söyləməyə əsasımız var».
Sayt yazır ki, «Robert Koçaryan 27 oktyabr və 1 mart tarixlərində baş verən hadisələrdə əsas rol oynayanlardan biri olduğunu çox yaxşı anlayır. Ermənistan, məhz onun hakimiyyətdə olduğu illərdə «qan gölü»nə dönmüşdü. Ona görə də, Ermənistan hakimiyyəti, ölkənin Milli Təhlükəsizlik Xidməti Mikael Arutyunyan və Robert Koçaryanın Ermənistana qaytarılması istiqamətində əməli fəaliyyətə keçməlidirlər. Hər hansı bir ölkə, ilk növbədə Rusiya da bu cinayətkarın Ermənistan və onun xalqına qarşı törətdiyi cinayətin məğzini anlamalıdırlar»
«Mən, əslində 26 il vətənə xidmət edən Ermənistanın ən görkəmli hərbçilərindən birinin adının ləkələnməməsini də qeyd etmək istəmirəm». Saytın fikrincə, belə sentimental sözlərlə Soqomonyanın Mikael Arutyunyana dəstək nümayəiş etdirməsi iyrənclikdir: «Biz daha səmimi olaraq, bildiririk ki, məhz Robert Koçaryan ölkədəki institusional çərçivəni yox etdi. Məhz Robert Koçaryan ölkədə rus vassalizm sisteminin möhkəmlənməsinə şərait yaratdı». Xatırladaq ki, artıq bir neçə dəfə Koçaryan tərəfdən məhkəməyə verildiyi söylənilən erməni saytı daha sonra yazır: «İndiki məqamda məhkəmə perspektivi bizi qorxutmur, çünki biz Robert Koçaryanın Ermənistanda günahsız insanların ölümünə bais olduğuna əminik. Çünki atəş əmrini, məhz Robert Koçaryan verib. Ona görə də, biz Koçaryandan öz günahsızlığını sübut etmək üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə və ya məhkəməyə gəlməsini tələb edirik».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
12.07.2018
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini elan edib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info