“Vətəndaşlarla dövlət orqanlarının həmrəyliyi alqışa layiqdir”
Tarix: 06.07.2018 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“İnsanlar bir-birilərinə dəstək verdikləri zamanda müxalifət məkrli işlərlə məşğuldur”

Azərbaycanda dövlətlə xalq öz birliyini ən ekstremal vəziyyətə belə itirmir. İyulun 2-si və 3-də qəfil enerji kəsintisi zamanı bu bir daha öz təsdiqini tapdı. Diqqətçəkən məqam odur ki, insanlar təşvişə düşmədən vəziyyəti anlayışla qarşıladılar. Eyni zamanda adi insanlar aidiyyəti dövlət orqanlarına dəstək göstərdilər. Bu, dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsidir. Bu məsələni iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Prezident İlham Əliyev xüsusi qeyd etdi: “Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər”. Ölkə başçısı fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürünü bildirib: “Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Vətəndaşların bu həmrəyliyi ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında ölkəmizdə yaranmış belə bir vəziyyətdə vətəndaşlarla dövlət orqanlarının əməkdaşlarının həmrəyliyini, sözün həqiqi mənasında, alqışa layiq hal olaraq qiymətləndirib: “Bilirsiniz, bir çox dövlətlərdə bu və ya digər hadisələr baş verə bilir və əsas olan xalq ilə dövlətin birlikdə bu problemin öhdəsindən gələrək bir-birlərinə dəstək nümayiş olunmasıdır. Ölkə əhalisi sona qədər öz seçib dəstəklədiyi liderinin yanında olmasını göstərdi və ehtiyacı olan digər vətəndaşlara köməklik etdi, kimin əlindən nə gəldisə, hər bir vətəndaş öz dəstəyini əsirgəmədi. Hətta elektrik enerjisi kəsildiyi zaman metro tunellərində qalan sərnişinlər polisin köməyi ilə oradan çıxarılanda belə, sadə vətəndaşlar əllərində sərinləşdirici sularla onların köməyinə gəlmişdilər. Bu hal, həqiqətən də böyük tarixə malik olan xalqlara məxsusdur, yəni insanların bir-birlərinə belə dəstək olmaları və köməklik göstərmələri heç də hər xalqa məxsus olan bir xasiyyət və insanlıq deyil. Azərbaycan xalqı bir daha onu göstərdi ki, həqiqətən, çox böyük xalqdır və öz seçdiyi liderinə sadiqdir”.
Ramiz Alıyevin sözlərinə görə, bir çox dövlət orqanlarının fəaliyyəti, həqiqətən də özünü yüksək səviyyədə göstərdi: “Daxili İşlər Nazirliyi əməkdaşlarının fəaliyyətini biz xüsusilə vurğulamalıyıq. Belə ki, ölkədə elektrik enerjisinin kəsildiyi andan DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə başladılar. Belə bir çətin durumda Azərbaycan polisi yenə də öz şərəfli vəzifəsinin öhdəsindən layiqincə gəldi və hətta daha da artığını etdi! İstər metro tunellərindən insanların çıxarılmasında, istər işləməyən işıqforların yanında xidmət edərək hərəkəti tənzimləməklə, istərsə də ölkədə yaranmış bu vəziyyətdən istifadə edib oğurluq etmək və digər cinayətlər törətmək istəyən cinayətkarların qarşısını almaqla. Bir sözlə, onu deyə bilərik ki, əsas xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət etməkdir ki, o da Azərbaycan polisində ən yüksək səviyyədədir. Bütün bunlar hamısı illərdir aparılan siyasətin nəticəsidir”.
Politoloq qeyd etdi ki, Prezidentin dediyi kimi, enerjinin kəsilməsi məsələsində günahı olanlar kim olursa olsun, cəzalandırılacaq: “Problemin araşdırılması üçün Prezident tərəfindən komissiya yaradılıb və komissiya da görülən işlərlə bağlı mütəmadi olaraq ölkə başçısına məlumat verir. Belə bir vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışan bəzi radikal müxalifət nümayəndələri üçün də onu deyə bilərik ki, mən şəxsən onların bu hərəkətindən heç də təəccüblənmədim. Çünki hər zamankı kimi öz məkrli işləri ilə məşğul idilər; həm onlar, həm də erməni lobbisi. Vətəndaşlar belə bir-birlərinə sərinləşdirici içkilər verdiyi bir məqamda, bu adamlar səfirliklərdə məkrli planların icrasına start verməyə cəhd edirdilər. Ancaq unutmuşdular ki, Azərbaycanda xalq ilə dövlətin bağlılığını kimsə qopara bilməz. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, bu məsələ ilə məşğul olacaqlar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info