Erməni işğalı məsələsi BMT-də müzakirəyə çıxarılır
Tarix: 06.07.2018 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə daxil edilib

Qarabağ haqqında məlumatlar çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığılacaq

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. Bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb. Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.

Bundan başqa, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil. BMT Baş Assambleyasının 73-cü sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Yeri gəlmişkən, Avropa Parlamenti (AP) tərəfindən Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib. Qətnamənin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası qeyd olunur, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.
Sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə edilir. Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik vəziyyət, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı məsələlər əhatəli şəkildə əks olunur. Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub.
Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanır.
Həmçinin Azərbaycanla bağlı sənəd də qəbul edilib. Sənəddə qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunub və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.
Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.

“Qarabağ” adlı mobil tətbiqetmənin təqdimatı keçirilib
Bu arada Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ” adlı mobil tətbiqetmənin təqdimatı keçirilib. Tədbirdə təşkilatın sədri Lalə Mehdiyeva layihə barədə iştirakçılara məlumat verərək bildirib ki, AGAT Layihənin əsas məqsədi dünya mobil tətbiqetmələr sırasında Qarabağla bağlı reallıqların yeni texnologiyalardan istifadə etməklə ictimaiyyətə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən yerli və xarici ekspertlərə, soydaşlarımıza gündəlik xəbər çatdırılmasını asan və rahat yolla təmin etmək, Qarabağ haqqında məlumatları çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığmaqdır.
Tətbiqetmənin əsas özəlliyi odur ki, Qarabağ haqqında məlumatlar gündəlik yenilənərək istifadəçilərə bildiriş formasında göndəriləcək. Bu tətbiqetmə böyük bir komandanın səyi nəticəsində ərsəyə gəlib. Mobil tətbiqetmənin daha geniş auditoriyaya yayılması üçün Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən ekspertlərlə, Beynəlxalq institutlar, beynəlxalq beyin mərkəzləri, Diasporla İş üzrə Dövlət Komitəsi və başqa qurumlarla birgə iş görülməsini, bütün dünya ictimaiyyətini, xaricdə yaşayan soydaşlarımızı cəlb etmək üçün təqdimatlar həyata keçirilməsini planlaşdırırıq. “Qarabağ” adlı mobil tətbiqetmə hazırda üç dildə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev AGAT-ın tədbir və layihələrinin maraqlı və aktual mövzulara həsr olduğunu qeyd edib. “İlkin mərhələdə layihə ilə tanış olduqda onun aktuallığını anladıq. Bizim hazırda Qarabağ barədə məlumatları operativ şəkildə dünya ictimaiyyətinə təqdim etmək üçün informativ tətbiqetmələrə ehtiyacımız var. Qarabağ mobil tətbiqetməsi bunun üçün yaxşı platformadır. Bu layihənin reallaşması digər QHT və donor proqramlar üçün nümunə ola bilər. Qarabağ mövzusu Azərbaycan hökumətinin siyasətində daim prioritet olaraq qalacaq. Bu istiqamətdə gənclərin reallaşdırdığı hər bir uğurlu layihəyə dəstək verməyə gələcəkdə də hazırıq”, - deyə Vüsal Quliyev diqqətə çatdırıb.
“Dövlətimizin başçısının biz gənclərə verdiyi ismarıclardan biri də bizim informasiya sahəsində hücum vəziyyətində olmağımızdır”
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bir çox layihələr, festivallar həyata keçirən AGAT fəal təşkilatdır. İnformasiya müharibəsi dövründə belə bir tətbiqetmənin təqdimatı önəmli addımdır. “Hazırkı dövrdə xaricdə təhsil alan tələbələrimiz, orada yaşayan həmvətənlərimiz bu tətbiqetmədən aktiv istifadə etməklə yanaşı, onun xarici ictimaiyyət arasında yayılması üçün də fəal olmalıdırlar. Dövlətimizin siyasətinə xidmət edən belə layihələr mütləq dəstəklənməlidir”, – Seymur Orucov vurğulayıb.
Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov deyib: “Bu, çox müsbət haldır ki, mobil tətbiqetmə gənclər arasında yayılacaq. Gənclərin hazırda çox aktiv şəkildə mobil telefonda tətbiqetmələrin istifadəçisi olduğu üçün Qarabağ barədə aktual xəbərlərin yayılmasında fəal iştirak edəcəklər. Bu, AGAT-ın növbəti uğurudur”. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf bildirib ki, şura fəaliyyət göstərdiyi siyasi istiqamətlərdə prioritet hesab etdiyi aktual mövzuları irəli çəkir və maliyyə dəstəyi göstərir. Bu layihə sayəsində Azərbaycana xaricdən qonaqlar gələndə və ya azərbaycanlılar xaricdə olanda tarixi torpaqlarımız olan Qarabağ haqqında məlumat rahat şəkildə təqdim olunacaq. Belə bir layihənin reallaşması Azərbaycan gəncliyinin innovativ beynindən xəbər verir. Dövlətimizin başçısının biz gənclərə verdiyi ismarıclardan biri də bizim informasiya sahəsində hücum vəziyyətində olmağımızdır. Onu da qeyd edək ki, AGAT-ın informasiya texnologiyaları sektorunun müdiri Malik Məmmədov tətbiqetmə barədə ətraflı təqdimat etdi. O, tətbiqetmə həm Android, həm də İOS sistemli telefonlarda yüklənə bilər. Tətbiqetmənin əsas xüsusiyyəti hər istifadəçinin axıcı informasiya ilə operativ məlumatlarla təmin olunmasını vurğulayıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info