“Günahkarların cəzalanacağı birmənalıdır”
Tarix: 06.07.2018 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.
Onun sözlərin görə, Prezidentin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:
“Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Ona görə də komissiyanın son qərarını gözləyək”.
R.Quliyev əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi “Azərenerji”yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, “Azərenerji” həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb:
“Bu, böyük faciəvi problemdir. Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymamazlıqdır. Çünki bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyi xüsusi bir dövlət qurumudur. Onun adi bir məktubu əmrə bərabər olan bir sənəddir”.
Deputat qeyd edib ki, ölkə Prezidenti qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanağını da söyləyib:
“Günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın”.
Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Muzey işçilərinin assosiasiyası yaradılacaq
19.07.2018
Saxta sənədlərlə dövlət sərhədini keçmək istədilər
19.07.2018
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18.07.2018
Müsabiqəyə 7 min vakant müəllim yeri çıxarılıb
18.07.2018
Müsabiqədən keçən namizədlərlə söhbətlər iyulun 30-dan başlanılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info