İran neftin qiymətinin 100 dollar/barreli keçəcəyini iddia edir
Tarix: 06.07.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Trampın səbəb olduğu neft tədarükü üzrə problemlərlə əlaqədar “qara qızıl”ın bir barrelinin qiyməti yaxın vaxtlarda 100 dolları keçəcək. Səudiyyə Ərəbistanı ilə Rusiyanın qiyməti aşağı salacaqlarına dair gözləntilər isə boş yerədir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hossein Kazempur Ardebili deyib.
O bildirib ki, D.Tramp İranın qlobal bazara çıxışına maneə törədərkən Səudiyyə Ərəbistanı və Rusiyanın əlinə girov düşəcəyini hesablamalı idi. Neftin qiymətinin aşağı olması bu iki ölkənin xeyrinədir: “Bütün dünyadakı, xüsusilə ABŞ-dakı istehlakçıların benzin stansiyalarında baha qiymətlər ödəməsinin məsuliyyəti yalnız D.Trampın çiyinlərində olacaq və neftin qiymətinin 100 dollar/barreli keçəcəyi günlər də gələcək”.
Qeyd edək ki, ABŞ Prezidenti neftin qiyməti üçün yenə OPEC-i günahlandırıb. O özünün “Twitter” səhifəsində yazıb: “OPEC neftin qiymətinin artdığını və bunun üçün çox az səy göstərdiyini xatırlamalıdır. Onlar neftin qiymətini bahalaşdırır və ABŞ OPEC-ə üzv ölkələrin çoxunu cüzi gəlir müqabilində müdafiə edir. Bu iki istiqamətli bir yol olmalıdır. İndi qiyməti azaldın!”.
Həmçinin ABŞ Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma direktoru Brian Hook ötən günlərdə keçirdiyi mətbuat konfransında İrana qarşı təzyiqlərin məqsədinin bu ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməsini təmin etmək olduğunu bildirib: “Hədəfimiz İran rejiminə qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirmək. Bunun qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Lakin qlobal səviyyədə kifayət qədər neft ehtiyatının olduğuna şübhəmiz yoxdur”.
“İran strategiyamız rejim dəyişikliyinə deyil, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə istiqamətlənib. İranın neft gəlirlərini sıfıra endirmək istəyirik”, - deyə o əlavə edib.
İran Prezidenti Həsən Ruhani isə ABŞ rəsmisinin bu sözlərinə münasibət bildirərək deyib: “Bu əsla real olmayacaq boş sözlərdir. ABŞ səlahiyyətlilərinin bu açıqlamaları enerji və ticarət üzrə bütün beynəlxalq qaydalara ziddir”.
Həm Həsən Ruhaniyə dəstək məqsədilə, həm də ABŞ-a cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini İsmayıl Kövsəri bildirib ki, İran neftinin satışına maneələr yaradılacağı təqdirdə onlar Hörmüz boğazından digər ölkələrin neft tankerlərinin keçməsinə icazə verməyəcək.
Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən İrandan neft idxalını noyabrın 4-dək dayandırmağı istəyib. ABŞ-dan bir heyətin bu həftə Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Ağır sənayedə idxalı əvəzlənə bilən məhsulların yekun siyahısı hazırlanıb
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info