“Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” 
Tarix: 06.07.2018 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı açıq elan edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan məktubunu oxuyub.
Sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək Konstitusiya nəzarəti orqanının fəaliyyətə başlamasından ötən 20 il ərzində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Konstitusiya Məhkəməsinin yaradılmasının hüquqi dövlət quruculuğu, sosial dövlət və vətəndaş cəmiyyəti prizmasından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, hüquqi dövlət quruculuğu prosesində mühüm əhəmiyyət daşıyan hər üç amil Konstitusiya nəzarət mexanizmini daha da asanlaşdırır.
Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunan konfransda iştirak etməkdən məmnunluğunu bildirib. Konstitusiya Məhkəməsinin əsas missiyasının Konstitusiyanın sabitliyini və qanunun aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya Komissiyasının ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlıq etdiyini deyib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" proqramının rəhbəri Tomas Meyer çıxışında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarları bir növ Konstitusiyanın mətninin ifadəsidir.
“Hüquq bərabərliyini təmin edən səmərəli institusional mexanizmlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd olunduğunu vurğulayaraq bu münasibətlə təbriklərini çatdırıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında formalaşmış konstruktiv əməkdaşlıq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində praqmatik mexanizm təşkil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info