BANM-in tələbələri “ClimateLaunchpad Azerbaijan-2018”in qalibi olublar
Tarix: 06.07.2018 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startap akselerasiya proqramı “ClimateLaunchpad Azerbaijan-2018”in ölkə finalının qalibi olublar.
BANM-dən bildirilib ki, ali məktəbin kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri özlərinin “ThermoNorth” layihəsi ilə qatılıblar.
“ClimateLaunchpad” proqramı ümumi 4 mərhələdən - kamp, intensiv ölkədaxili akselerasiya proqramı, ölkə finalı və dünya finalı mərhələlərindən ibarətdir. Proqramda istənilən cleantech layihəsi və ya ideyası – mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəyi və s. ola bilər.
İlkin mərhələdə proqrama Azərbaycan üzrə müxtəlif universitetlərdən və şirkətlərdən 83 startap layihəsi qatılıb. Seçimdən sonra, ikinci mərhələdə komandalar üçün 10 həftə ərzində intensiv təlim sessiyaları təşkil olunub. Ölkə üzrə finala isə 13 komanda vəsiqə qazanıb. Münsiflər heyəti və auditoriya birinci yerin qalibi olaraq “ThermoNorth” layihəsinə səs veriblər. BANM-in tələbələrinin işləyib hazırladıqları bu layihə Norveç, İsveç və Kanada kimi ölkələrdə soyuq hava şəraitində maşın mühərriklərini optimal temperaturda saxlamaq üçün yeni materialın əldə edilməsini həyata keçirməyi nəzərdə tutub.
BANM-in tələbələri noyabrın 1-2-də Azərbaycanı Şotlandiyada “ClimateLaunchpad”ın dünya finalında təmsil edəcəklər. Dünya finalında ilk onluğa keçən hər bir startap layihəsi 95 min avro investisiya alaraq 18 aylıq akselerasiya proqramına qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycanda “ClimateLaunchpad”ın rəsmi tərəfdaşı “Social İnnovation Lab” mərkəzidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info