Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda tədqiqatlar aparıb
Tarix: 06.07.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və “Lorenzo de Medici” Beynəlxalq İtaliya İnstitutunun dini tədqiqatlar departamentinin müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.
AEİ-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər cəlb ediliblər.
Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc-erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkarlanmış ilk tunc dövrünə aid kurqanlar olub.
AEİ-nin direktoru, professor Maisə Rəhimova ilə görüşən N.Laneri tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verib. Bildirilib ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən “GPS” cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və müvafiq konservasiya durumuna gətirilərək, dünyada ilk dəfə bu ərazidə kurqanlardan ibarət nadir arxeoparkın təşkili tədqiqatların perspektivlərinə daxildir. Həmçinin Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun ilk tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşıb. Bu mərhələdə kurqanın örtüyü xüsusi cihazlarla və qeydiyyat proseduraları ilə tədqiq edilib. Kurqanın örtüyündə Kür-Araz mədəniyyətinin son mərhələsinə aid sallama dəfnlər aşkarlanıb.
İtaliyalı alim xüsusi vurğulayıb ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində nadir təzahür olan kurqanaltı sərdabələr ilk tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.
M.Rəhimova aparılan tədqiqatların Azərbaycan və dünya arxeologiyası üçün əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info