Goranboyda müşavirə keçirilib
Tarix: 06.07.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi iyulun 6-da Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə həsr olunan müşavirə keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, mütəxəssislərin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə əsas diqqət Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri olub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev müşavirədə pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Goranboy rayonu üçün ənənəvi sahələrdən olan pambıqçılığın gələcək illərdə daha çox innovativ üsulların tətbiqi hesabına məhsuldarlığına nail olmaq əsas məqsədlərdəndir.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran natiq Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən, bu vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, son iki ildə pambıqçılıq sahəsi üçün 5700 ədəd texnika alınıb, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyası yaradılıb.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda təqdimatla çıxış edib. Fermerlərə pambığın əhəmiyyəti, Azərbaycanda becərilən pambıq sortları, dondurma şumu, arat, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası: seyrəltmə, kətmənləmə, kultivasiya, eləcə də pambıq bitkisinin gübrələnməsi, xəstəlik və zərərvericiləri haqqında ətraflı məlumat verib.
AMEA-nın müxbir üzvü, Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov son illərdə ali təhsil müəssisəsində infrastrukturun, maddi-texniki bazanın və kadr potensialının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Aqrar Universitetin nəinki respublikamızda, hətta Qafqazda və Şərqi Avropada ən böyük universitetlərdən biri olduğunu deyən rektor bu təhsil ocağında ixtisaslı aqrar kadrların, xüsusən də aqronomların hazırlanması üçün tələbələrə tətbiq olunan güzəştlər və təqaüdlər haqqında müşavirə iştirakçılarına məlumat verib.
“Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov çıxışında respublika üzrə kənd təsərrüfatı texnikasının bölgüsü və mövcud vəziyyətindən danışıb.
Tədbir müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
Sonda fermer Siyavuş Qurbanova məxsus pambıq tarlasında mütəxəssislər tərəfindən kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Zaqatalada 150 nəfərədək könüllü qan verib
18.07.2018
Bərdənin iki kəndi təbii qazla təmin olunub
17.07.2018
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
17.07.2018
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018
Naxçıvanda test imtahanı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info