Namiq Əliyev: “Dövlət baş verən qəzaya çevik reaksiya verdi”
Tarix: 06.07.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Dünyada heç bir dövlət təbii fəlakətlərdən, enerji sistemlərində, istehsalatda və s.sahələrdə baş verən qəzalardan sığortalanmayıb”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, belə hadisələr ən qüdrətli dövlətlərdən biri olan Amerikada da olub: “Yaponiyada, qardaş Türkiyədə enerji qəzalarının şahidi olmuşuq. Əsas odur ki, dövlət baş verən qəzaya çevik reaksiya verdi, Prezident İlham Əliyev anında Dövlət Komissiyası yaratdı, qəzanın səbəblərinin araşdırılmasına başlanıldı. Qəza baş verən saatlardan başlayaraq, bütün dövlət orqanları öz vəzifələrinin icrasında böyük peşəkarlıq göstərdilər. Bunun əksinə olaraq, müxalifət düşərgəsi, xaricdə məskunlaşan, söyüş söyməkdən başqa əlindən heç nə gəlməyən mühacirlər anında sosial şəbəkələrə axışaraq, qəzadan dövlət əleyhinə istifadə etməyə çalışdılar. İddia etdilər ki, “vətəndaşların həyatı təhlükədədir, heç kim onlara yardım etmir”. Hətta gündəlik həyatda yaşadığımız adi hadisələri, məsələn istidən, günvurmadan halı pisləşənləri də baş vermiş qəza ilə əlaqələndirməyə cəhd etdilər. Ən dəhşətlisi də odur ki, tam əsasla anormal adlandıra biləcəyimiz belə radikal müxalifət nümayəndələri insanları küçələrə çıxmağa səslədilər, paytaxtda və bölgələrdə xaos yaratmağa çalışdılar. Halbuki, həmin saatlarda müvafiq dövlət qurumlarının əməkdaşları avtomobillərin hərəkətini tənzimləyir, metroda qalanları təhlükəsiz şəkildə tunellərdən çıxarır, avtobuslar vətəndaşları ödənişsiz mənzillərinə çatdırırdı. Ölkə daxilində və xaricində olan müxalifətin hadisəyə belə “çevik” reaksiyasını təsadüfi hesab etmirik. Əvvəlki illərdə olduğu kimi, onların havadarları, antiazərbaycan qüvvələr bundan istifadə etməyə çalışaraq, müxalifətə hərəkətə keçmək komandası verdilər. Hadisədən siyasi divident qazanmağa çalışan müxalifətin belə davranışı, birincisi, onların özlərinin əleyhinə işlədi. Çünki qəzalar zamanı belə mövqe sərgiləyənlərin əməlləri cəmiyyət tərəfindən müsbət hal kimi qəbul olunmur. Oxucular xatırlayırlarsa, Yaponiyada, Fukusimo AES-də baş verən qəza zamanı, nəinki sadə vətəndaşlar, hətta kriminal “yakudzalar” fəlakətdən zərər çəkənlərə yardım etməyə başladılar. Bizim müxalifətin yardım göstərməsi bir tərəfə qalsın, onlar sosial şəbəkə vasitəsilə panika yaratmağa çalışırdılar ki, insanlar psixoloji təzyiq altında qalsınlar. Amma onların arzuladıqlarının əksinə olaraq, çevik tədbirlər sayəsində, cəmiyyətimiz bu qəzadan tamamilə itkisiz qurtardı. İkincisi isə bu qəza Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin yetkin, dərrakəli, ekstremal vəziyyətlərdə ayıq olduğunu göstərdi. Vətəndaşlar könüllü olaraq dövlət orqanlarına kömək edir, bir-birilərinə yardım göstərirdilər. Prezidentin dediyi kimi, Azərbaycan cəmiyyəti bu sınaqdan şərəflə çıxa bildi. Məhz buna görə də, Prezident İlham Əliyev göstərdikləri dəstəyə, anlayışa, vətəndaş həmrəyliyinə görə Azərbaycan vətəndaşlarına təşəkkür etdi. Beləliklə, Mingəçevir qəzası zamanı cəmiyyət müxalifətin çağırışlarının ardınca getmədi, əksinə dövlətin yanında oldu və vətəndaşlıq borcunu yerinə yetirdi. Müxalifət və onların havadarları isə növbəti dəfə iflasa uğradılar”.

GÜLYANƏ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info