Lənkəranda regional konfrans işini davam etdirib
Tarix: 06.07.2018 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans iyulun 6-da işini panel formatında davam etdirib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı paneldə orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şəhərin fəal gəncləri, eləcə də YAP Şəhər Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər DQİDK-nın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dünyada baş verən münaqişələrin bir hissəsi dini motivlidir. Dünyanın bir çox yerində müxtəlif dinlərin əxlaq normalarını, bəşəri və insani prinsiplərini nəzərə almayan, ədavəti yaymağa çalışan qruplar var. Diqqətə çatdırıb ki, son dövrlər bəzən dini dəyərlərlə dünyəvi dəyərlər məqsədli şəkildə qarşılaşdırılır, dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. G.İsmayılov dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaq kimi arzuolunmaz halların yaratdığı fəsadlara da toxunub.
Azərbaycanın dini radikalizmin son dərəcə az yayıldığı ölkələr sırasında olduğunu deyən G.İsmayılov bunun səbəbini xalqımızın çoxəsrlik tolerant və dini dözümlülük kimi ənənələrə malik olması, dövlətin apardığı din siyasəti ilə əlaqələndirib.
Dini radikalizmlə mübarizə tədbirləri haqqında danışan sədr müavini bu istiqamətdə ən səmərəli metodlardan birinin dini maarifləndirmə olduğunu bildirib. G.İsmayılov dini həqiqətlərin insanlara düzgün çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info