Rəqabətə davam gətirməyən “İstək” liseyi fəaliyyətini dayandırıb
Tarix: 06.07.2018 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Liseyin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutması onlara ictimai inamsızlıq yaratmışdı


Liseyin şagirdləri və müəllimləri müvafiq məktəblərdə yerləşdiriləcəklər

İyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb. “Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq” - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, liseyin məktəblərində son dövrlərdə təhsilin səviyyəsinin nisbətən zəifləməsi müşahidə edilirdi. Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib. Son illərdə bu məktəblərə müraciət edənlərin sayında da azalma müşahidə edilməkdədir. “İstək” liseyinin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq var. Yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyir. Qeyri-rəsmi mənbələrə görə son illər “İstək” liseyi ciddi maliyyə sıxıntısı yaşamaqdadır. Bunun də səbəblərindən biri “Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də “İstək” liseyi artıq bazarda rəqabətə davam gətirə bilmir. Liseyin fəalyyətini dayandırması heç bir problem yaratmauacaq. Məsələ ondadır ki, Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Nə şagirdlər, nə də müəllimlər üçün problem yaranmayacaq. Belə ki, Təhsil Nazirliyi “İstək” liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır. Eyni zamanda liseydə çalışan müəllimlər öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər. Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımdan əlverişli imkan ola bilər. Liseylə bağlı məsələyə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info