İsmayıllıda turizmin sosial və internet mediada təbliğinə həsr edilmiş təlim keçirilib
Tarix: 07.07.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində İsmayıllı rayonunda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzusunda təlim keçirib. Təlim sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimdə 20-dən artıq gənc iştirak edib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib. Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində xarici dillərdə yazacaq gənc jurnalistlərin turizmə aid yazı bacarıqlarının təkmilləşdirilməsi və eləcə də bu sahədə blogerlik vərdişlərinin artırılması üçün bundan öncə Bakı Dövlət Universitetində daha 3 təlim keçirilib, həmçinin layihə çərçivəsində “Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info