Konstitusiya Məhkəməsinin 20 ili
Tarix: 07.07.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətinə dair geniş məruzə ilə çıxış edən Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya Məhkəməsinin yaradılması ölkəmizdə Konstitusiyanın aliliyinin təmin olunması, demokratik proseslərin daha əsaslı gedişatı yolunda mühüm addım olub. Konstitusiya Məhkəməsi yarandığı ilk gündən ötən 20 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına imkan verən qərarlarla qısa müddətdə ictimaiyyətin etimadını qazanmağa çalışıb.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi heç bir miras almadan öz fəaliyyətini ağ vərəqdən başlayıb. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş 372 qərardan 345-i birbaşa insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə yönəlib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə milli konstitusiya ədliyyəsinin təməlini qoyaraq ölkəmizdə qanunçuluğun təmin edilməsi işinə töhfə verməkdədir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda Konstitusiya nəzarəti institutunun yaradılmasının demokratiyanın inkişafı istiqamətində irəli atılmış çox mühüm addım olduğunu vurğulayıb. Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr edilən konfransda iştirakdan məmnunluğunu bildirib. Konstitusiya Məhkəməsinin əsas missiyasının Konstitusiyanın sabitliyini və qanunun aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya Komissiyasının Azərbaycan ilə bağlı qəbul etdiyi qərarlardan danışıb.
Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran C.Bukikkio bildirib ki, Konstitusiya Məhkəməsinin bir vəzifəsi də vətəndaşların hüquqlarının qorunması, onların ədalətsizlik halları ilə üzləşməsinə yol verməməkdir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan qanunun aliliyi beş əsas komponentdən ibarətdir. Belə ki, hüquqilik, müəyyənlik, sui-istifadə hallarının azaldılması, diskriminasiya və qərəzliliyə qarşı mübarizə və ədliyyəyə çıxış imkanı komponentlərinin hər biri hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət daşıyır.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer bildirib ki, hazırda bəzi ölkələrin, o cümlədən Almaniyanın hüquq ictimaiyyətində Konstitusiyanın özünün də bir qanun olub-olmaması istiqamətində fəal müzakirələr aparılır. İnkişaf etmiş ölkələrdə Konstitusiya Məhkəməsinin vacib rol oynadığını vurğulayan T.Meyer deyib ki, bu məhkəmənin qəbul etdiyi qərarlar bir növ Əsas Qanunun mətninin ifadəsidir.
Konfransda “Hüquq bərabərliyini təmin edən səmərəli institusional mexanizmlər” mövzusunda məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova ölkəmiz üçün bir çox baxımdan əlamətdar olan 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd edildiyini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. O, Cümhuriyyətin demokratik prinsiplərə sadiq qalaraq bütün vətəndaşlar üçün təmin etdiyi hüquq bərabərliyi prinsipinin otuz il sonra BMT-nin insan hüquqları Bəyannaməsində əksini tapdığını qeyd edib.
Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın ilk Konstitusiyasının ümumxalq müzakirəsindən sonra qəbul olunduğunu vurğulayan E.Süleymanova Əsas Qanunun maddələrinin üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olduğunu qeyd edib.
Elmira Süleymanova bildirib ki, Konstitusiya Məhkəməsi ilə “Konstitusiya nəzarəti: Avstriya təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Bricit Birlayn çıxışında bildirib ki, müasir Konstitusiya məhkəmələrinin yaradılması prosesi, əsasən, İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət almağa başlayıb. Ötən müddət göstərib ki, Konstitusiya Məhkəməsinin normal fəaliyyəti demokratiya və qanunun aliliyi olmadan mümkün deyil. Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Maseykova “Konstitusiya ədalət mühakiməsinin bəzi məsələləri” adlı məruzəsində Azərbaycan ilə Slovakiya arasındakı dostluq münasibətlərinə toxunub. Slovakiya Konstitusiya Məhkəməsinin sədri Əsas Qanunun yaradılması prosesindən, Konstitusiya məhkəmələrinin normal fəaliyyəti üçün vacib olan tələblərdən danışıb. Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç ölkəsində Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışıb, hüquqi dövlətin Konstitusiyada əksini tapan dəyərlər və prinsiplər əsasında formalaşdığını bildirib. Miklaşeviç qloballaşma dövründə konstitusion prinsip və dəyərlər baxımından yeni tendensiyaların yaranmasına toxunub.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Nikolay Bondar yubiley münasibətilə Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorqinin təbriklərini çatdırıb. N.Bondar müasir konstitusionalizmin ziddiyyətli tendensiyalarının olması ilə yanaşı, bu sahədə ənənələrin də mövcudluğunu qeyd edib. Qonaq bir çox ölkələri eyni konstitusiya hüquqlarının birləşdirdiyini deyərək buna görə qarşıda duran vəzifələrin də eyni olduğunu vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info