“Menbiçdən sonra əməliyyatlar başqa bölgələrdə keçiriləcək”
Tarix: 06.07.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Çavuşoğlu: “ABŞ-ın digər ölkələri İrana qarşı sanksiyalara qoşulmağa vadar etmək hüququ yoxdur”

“Türkiyə ilə ABŞ-ın hərbi birləşmələrinin Suriyanın Menbiç bölgəsində həyata keçirdiyi xüsusi antiterror əməliyyatı qrafikə uyğun davam edir. Əməliyyat nəticəsində YPG/PKK terror təşkilatı bölgədən çəkilib. Menbiç terrorçulardan təmizlənəndən sonra əməliyyatlar başqa bölgələrdə keçiriləcək.” Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu Agentliyinə müsahibəsində məlumat verib. Nazir vurğulayıb ki, İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək. Nazir deyib ki, Menbiçlə bağlı Türkiyə ilə ABŞ arasında müəyyən razılaşma var və tərəflər həmin razılaşmaya əməl edirlər: “Buraları kim idarə edəcək, təhlükəsizliyi kim və necə təşkil edəcək kimi məsələləri də həll etməliyik. Bunun qərarın Türkiyə və ABŞ birlikdə verəcək. Suriya məsələsi ilə bağlı Türkiyə-ABŞ münasibətlərində çoxlu problemlər yarandı. Amma indi münasibətlərimiz normala doğru dəyişməyə başlayıb. Yəqin ki, Türkiyə dövlət başçısı Ərdoğan Brüsseldə ABŞ dövlət başçısı Trampla görüşəcək”. XİN başçısı deyib ki, Menbiçin kimin tərəfindən idarə edilməsi də müəyyən edilməlidir: “YPG buralara gələnə qədər yerli əhalinin 90 faizi ərəb idi. Ona görə də əhali sayı əsas götürüləcək. Menbiç məsələsi bitəndən sonra Fırat çayının şərqinə keçiləcək”. XİN başçısı deyib ki, ABŞ rəhbərliyi Türkiyə olan münasibətləri pozmaq istəmir: “Trampın, xüsusilə də Ərdoğana böyük hörməti var. Ancaq ikitərəfli münasibətlərimiz üçün bu yetərli deyil. Müəyyən siyasət tənqid edilə bilər, fikirlərimiz üst-üstə düşməyə bilər. Tramp da Türkiyə əleyhdarlığı məsələsindən narahat olduğunu söyləyib. Biz Trampın bu məsələdə nə qədər həssas olduğunu bilirik. ABŞ rəhbərliyi Türkiyə ilə münasibətləri pozmaq istəmir. ABŞ Türkiyə kimi bir müttəfiqini itirməməlidir. C-400 alınması ilə bağlı Türkiyə ABŞ-a lazım olan məlumatları təqdim edib. Əgər NATO-nun narahat olduğu məqamlar varsa, birlikdə işləməyə hazırıq”. Mövlud Çavuşoğlu, eyni zamanda deyib ki, ABŞ-ın İrana qarşı sanksiyaları qəbuledilməzdir. Nazir bildirib ki, ABŞ-ın digər ölkələri İrana qarşı sanksiyalara qoşulmağa vadar etmək hüququ yoxdur: “İrana qarşı sanksiyaların tətbiqi bütün regiona təsir edəcək və bu, çox təhlükəlidir”. Çavuşoğlunun sözlərinə görə, bir sıra Avropa İttifaqı ölkələri, eləcə də Türkiyə bu sanksiyalara qarşı çıxır: “Artıq belə davam edə bilməz. “C-400 alırsansa, sanksiya tətbiq edərəm” deyirlər. Tətbiq edərlərsə, qarşılığını da görərlər”. Nazir, həmçinin iyunun 24-də ölkədə keçirilmiş növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Avropa Birliyi ilə münasibətlər, Türkiyənin Rusiyadan almaq istədiyi C-400 müdafiə sistemi və s. məsələlərə dair sualları cavablayıb. Terrorçuluqla mübarizədə qətiyyətli olduqlarını diqqətə çatdıran Mövlud Çavuşoğlu PKK terror təşkilatının simvollarının təbliğini qadağan edən qanun layihəsinin Avstriya parlamentində müzakirəyə çıxarılacağını qeyd edib: “Avstriya Almaniyada qəbul edilən qanunu örnək alaraq analoji layihə hazırlamağa başlayıb. Payızda həmin layihənin parlamentdə müzakirəsi gözlənilir”.

Türkiyə Süleyman şah türbəsini bərpa edəcək

Onu da qeyd edək ki, PYD/YPG terrorçuları Suriyanın Menbiç bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq. Türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Menbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir. Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir. Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə “İŞİD” terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə “İŞİD”-in nəzarətinə keçib.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info