Bu il Astarada 500 ton yaşıl çay məhsulu istehsal olunacaq
Tarix: 07.07.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Çayçılıq Astara rayonunda aqrar sektorun gəlirli sahələrindəndir. Rayonda aparılan torpaq islahatı nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olan əmlak və torpaqlar, o cümlədən çoxillik əkinlər olan çay sahələri də əmlak payı kimi əhali arasında bölüşdürülüb. Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramlarında Astara rayonunda yaşıl çay yarpağı istehsalının və emalının inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması bir vəzifə kimi dövlət orqanları və sahibkarlar qarşısında qoyulub. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılığın inkişafı üçün geniş imkanlar açıb. Dövlət proqramlarına müvafiq olaraq son illər rayonda yeni çay plantasiyaları salınıb, çay əkininin dinamikası artan sürətlə davam edib. Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən ötən il rayonda mövcud olan 345 hektar çay sahəsindən 476,7 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 22,2 sentnerə çatdırılıb. Hazırda çay plantasiyalarında ikinci yığım kampaniyası davam edir. Fermerlər və torpaq mülkiyyətçiləri yetişdirilən məhsulu keyfiyyətlə və itkisiz yığaraq çay fabriklərinə təhvil vermək üçün bütün qüvvələri səfərbər ediblər. İndiyədək plantasiyalardan 227,3 ton yaşıl çay yarpağı yığılıb. Sentyabrın əvvəllərində başlanacaq və oktyabr ayında başa çatacaq dördüncü məhsul yığımından sonra isə rayonda 500 ton yaşıl çay məhsulunun istehsalı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info