“Rusiya 2018”: Belçika millisi yarımfinalda Fransa yığması ilə qarşılaşacaq
Tarix: 07.07.2018 | Saat: 02:30:00 | E-mail | Çapa göndər



İyulun 6-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin ikinci qarşılaşmasında Braziliya yığması Belçika millisi ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunun 13-cü dəqiqəsində hesab açılıb. Braziliyalı futbolçu Fernandino avtoqolla yadda qalıb. Görüşün 31-ci dəqiqəsində Belçika millisinin üzvü Kevin De Breyne hesab arasındakı fərqi artırıb. Görüşün ilk hissəsi Belçika millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Serbiyalı baş hakim Milorad Maziçin idarə etdiyi oyunun ikinci hissəsinə Braziliya millisi daha fəal başlayıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Renato Auqusto fərqlənərək hesab arasındakı fərqi azaldıb. Görüşün sonunadək komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.
Beləliklə, görüşdə Belçika millisi 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və Fransa yığmasına rəqib olub.
Xatırladaq ki, Belçika yığması bu görüşə qədər 23 oyunda məğlub olmayıb. Son 15 oyunda məğlubiyyətlə üzləşməyən Braziliya millisi isə qapısında cəmi üç qol görüb.
Dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.
İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.
Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18.07.2018
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
17.07.2018
“Forbes” məşhurların qazancını açıqlayıb
16.07.2018
Azərbaycan cüdoçuları Almaniyada Avropa kubokunun qalibi oldular
15.07.2018
Dünya kuboku Fransa milli komandasına təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info