Lerikli gənclər həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər
Tarix: 08.07.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Lerikli gənclər rayonun mərkəzindəki Heydər Əliyev meydanından yüksək əhval-ruhiyyə ilə həqiqi hərbi xidmətə yola düşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, müharibə veteranları, valideynlər, çağırışçı gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq, onları Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırıb.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə nizami ordu quruculuğu sahəsində və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində müstəsna xidmətlərindən danışan R.Bağırov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilərək qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir.
2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordumuzun möhtəşəm qələbəsindən danışan icra hakimiyyətinin başçısı son aylarda Naxçıvan Muxtar Respublikasındakı uğurlu əməliyyat nəticəsində 11 min hektar ərazinin azad olunduğunu diqqətə çatdırıb. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu qeyd edən R.Bağırov gənclərə hərbi xidmətdə uğurlar arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qəmbərov, rayon veteranlar şurasının sədri Veysəl Məlikov, Milli Qəhrəman atası Əlizaid Müslümov çıxışlarında ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, Aprel döyüşlərində ordumuzun möhtəşəm qələbəsindən danışıb, gənclərə xeyir-dua verərək onlara hərbi xidmətə vicdanla və məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
Rayonun musiqi kollektivləri mərasimdə hərbi-vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış edib.
Sonda gənc çağırışçılar Azərbaycan Respublikasının üçrəngli bayrağının altından keçərək yüksək-əhval ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Muzey işçilərinin assosiasiyası yaradılacaq
19.07.2018
Saxta sənədlərlə dövlət sərhədini keçmək istədilər
19.07.2018
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18.07.2018
Müsabiqəyə 7 min vakant müəllim yeri çıxarılıb
18.07.2018
Müsabiqədən keçən namizədlərlə söhbətlər iyulun 30-dan başlanılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info