“DÇ 2018”: Xorvatiya millis “DÇ 2018”: Xorvatiya millisi yarımfinalda, Rusiya mübarizəni dayandırdı
Tarix: 08.07.2018 | Saat: 05:09:00 | E-mail | Çapa göndər



İyulun 7-də futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə qalib gələn Xorvatiya yığması tarixində ikinci dəfə yarımfinala yüksəlib.
Balkan təmsilçisi görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnsə də, hesabı ev sahibləri açıblar. Matçın 31-ci dəqiqəsində Rusiya yığmasının əks-hücumu zamanı Artyom Dzyuba ilə baxımlı və sürətli kombinasiyanı qüvvətli zərbə ilə tamamlayan Denis Çerişevin uzaq məsafədən vurduğu topu xorvatiyalı qolkiper yalnız seyr etməklə kifayətlənib - 1:0.
Bu qoldan sonra təzyiqləri daha da artıran Xorvatiya millisi matçın 39-cu dəqiqəsində hesabı bərabərləşdirib. Mario Mandzukiçin cərimə meydançasına hava ötürməsini başla dəqiq tamamlayan Andrey Kramariç oyunda tarazlığı bərpa edib - 1:1.
Komandalar fasiləyə bu hesabla yollanıblar.
Xorvatiyalılar matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirsələr də, hesab dəyişməyib və görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki hissədə qapılara iki top vurulub. Birinci hissənin 11-ci dəqiqəsində (101-ci dəqiqə) xorvatiyalıların hücumu zamanı Domaqoy Vida topa başla dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb - 2:1. Lakin ruslar ikinci əlavə vaxtda hesabı bərabərləşdiriblər. Matçın 115-ci dəqiqəsində Dzaqoyevin cərimə zərbəsindən hava ötürməsindən sonra topa başla dəqiq zərbə endirən Mario Fernandes Rusiya yığmasını məğlubiyyətdən xilas edib.
Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.
Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yığması yarımfinala yüksəlib.
Qeyd edək ki, Mario Fernandesin bu matçın 115-ci dəqiqəsində vurduğu qol Rusiya millisinin dünya çempionatlarında (SSRİ də daxil olmaqla) rəqib qapılarından keçirdiyi ən gec qol kimi tarixə düşüb.
Yarımfinalda Xorvatiya yığmasının rəqibi İngiltərə millisi olacaq. Digər yarımfinal görüşündə isə Fransa və Belçika milliləri üz-üzə gələcəklər.
Xatırladaq ki, hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb.
Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.
Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info