Kreml siyasətini dəyişir: Qarabağla bağlı ciddi tələb
Tarix: 08.07.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər



Həmsədrlərin bu bəyanatı gözlənilməz oldu. Çünki hamı danışıqlar prosesinin artıq dalana dirəndiyini düşünürdü.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, kifayət qədər mürəkkəb bir vəziyyət yaranıb:
“Ermənilər anışıqlar prosesinin davam etməsi üçün şərtlər irəli sürürlər. Halbuki indiyə qədər danışıqlar prosesini yeniləmək və yaxud ona yeni impuls vermək üçün heç vaxt Ermənistan şərt irəli sürməyib. Paşinyan Serj Sərkisyandan da mürəkkəb mövqe ortaya qoyaraq, danışıqlar prosesini dalana dirəyir. Onu bu dalan vəziyyətindən necə çıxarmağın yollarını axtarırlar”.
Politoloq vurğulayıb ki, danışıqlar prosesinin yenilənməsində Rusiya daha böyük rol oynamağa başlayıb:
“Son dövrlərdə Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətində müəyyən qədər dəyişikliklər var. Bunlardan biri ondan ibarətdir ki, Rusiya danışıqlar prosesinin təzələnməsi üçün heç bir tərəfin şərt irəli sürməməsini tələb edir. Zənnimcə, bu, kifayət qədər təqdirəlayiq prosesdir. Çünki Rusiya Ermənistanın bu anormal, heç bir əsası olmayan iddialarını qəbul etmir. Digr tərəfdən bu yaxınlarda Rusiya tərəfi təqdir ediləsi daha bir addım atdı. Bir qrup millət vəkili, politoloq, ekspert və jurnalisti Azərbaycana göndərdi. Söhbət Cocuq Mərcanlıda “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilən konfransdan gedir. Bu konfrans ictimai şüuru kifayət qədər dalğalandırdı. Ermənistanda ciddi qıcıq doğurdu. Hətta Moskvada yayımlanan televiziya proqramlarının birində Duqin və onun komandasının, eləcə də Dövlət Dumasının bir sıra deputatlarının Azərbaycanda Cocuq Mərcanlıdakı açıqlamalarına qərəzli reaksiyalar oldu. Amma bütün bunlara baxmayaraq, Duqin və Azərbaycana gəlmiş deputatlar həmin qəzəbli çıxışların cavabını verdilər. Duqinin bir ifadəsinə diqqət çəkmək istəyirəm: “Rusiya Ermənistanın söylədikləri ilə oturub-duracaqsa, bu Rusiya üçün tragediya demək olar”. Yəni ermənimeyilli, etnik mənşəyi erməni olan adamların Moskvanı yönləndirməyə çalışmaları tragediyaya gətirib çıxarar. Bu, çox ciddi məna kəsb edən ifadədir. Erməni lobbisinin Rusiyada meydan sulamasına və onun Rusiya siyasətini yönləndirməsinə qarşı səsləndirilmiş fikirdir”.
Politoloq vurğulayıb ki, son zamanlar Rusiyanın Azərbaycan və Rusiya arasındakı strateji əlaqələri yeni keyfiyyət mərhələsinə keçir:
“Rusiyanın bunu istəməsi də diqqətçəkən məqamlardandır. Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi olmasını elan etmələri çox əhəmiyyətli hadisədir. Ermənilərin bunu sakitliklə seyr edəcəklərini düşünmürəm. Rusiyada Azərbaycanla bağlı münasibətlərdə dəyişiklik istəyi var. Bu istək hələ ki, bir neçə deputatın, politoloqun səviyyəsində özünü büruzə verirsə, daha sonradan geniş rezonans doğuracaq. Zənnimcə, belə mürəkkəb proseslərin getdiyi vaxtda danışıqlar prosesinin yenilənməsini də Minsk Qrupunun həmsədrlərinin dili ilə Rusiya dedi. Cocuq Mərcanlıda da Duqin 5 rayonun hər hansı bir şərt irəli sürülmədən Azərbaycana qaytarılmalı olduğunu vurğuladı”.
Politoloqun sözlərinə görə, danışıqlar prosesi yenilənə bilər:
“Danışıqlar prosesində Kazanda əldə edilmiş razılaşmalara uyğun olaraq, 5 rayonun hər hansı bir şərt irəli sürülmədən Azərbaycana qaytarılması haqqında müzakirələr gedə bilər. Bu, ermənilərdə müəyyən həyəcan doğuracaq. Əgər Rusiya təzyiqlər göstərsə, Ermənistanda danışıqlar prosesinin yenilənməsi və 5 rayon məsələsinin yenidən gündəmə gətirilməsinə kimsə müqavimət göstərə bilməyəcək. Bir şərtlə ki, Rusiyanın mövqeyində ardıcıllıq olsun, danışıqlar prosesini yeniləmək istəsin. Bu prosesdə Dağlıq Qarabağın hüdudlarından kənardakı Azərbaycana mənsubluğu heç bir müzakirə doğurmayan rayonların öz sahibinə qaytarılması məsələsi də yenilənmiş olacaq. Doğrudur, Ermənistan buna Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələ ilə cavab verməyə çalışa bilər. Amma Rusiyanın 5 rayon məsələsində Dağlıq Qarabağın statusunun müzakirə edilməsini gündəmdən çıxarması mümkündür. Mən bunu bir ehtimal kimi söyləyirəm. Çünki son atılan addımlar mütləq bununla müşahidə olunmalıdır ki, ortada bir nəticə olsun. Əks təqdirdə proseslər yenidən donar və bölgədə sülh prosesinin alternativi olan müharibə variantı gündəmin aparıcı mövzusuna çevrilər".
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırıldığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info