İsrail təbii qazı 2020-ci ildə İordaniyaya çatacaq
Tarix: 09.07.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki “Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır.
İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək.
Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə “Noble Energy” qaz tədarükünə başlayacaq.
İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın “NEPCO” dövlət enerji şirkəti və “Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
18.12.2018
Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
18.12.2018
BMT Baş Assambleyası Qaçqınlar haqqında Qlobal Saziş qəbul edib
17.12.2018
Avropa informasiya agentlikləri uydurma xəbərlərə qarşı mübarizə elan ediblər
17.12.2018
Finlandiyadakı soydaşlarımız Həmrəylik Gününü qeyd edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info