“Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq”
Tarix: 09.07.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


“Son illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə daha çox ehtiyac duyulan sahələrə dövlət yardımının artırılması üçün publik hüquqi qurumlar yaradılır. Bu qurumlar bir çox sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayırlar”. Bu fikri “Palitra”ya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov Prezidentin fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasına münasibət bildirərkən deyib.
Murad Cəfərov bildirib ki, dövlətimizin diaspor təşkilatlarından gözləntiləri fonunda az təminatlı diaspor liderləri ilə daha yüksək hədəflərə çatmaqda problemlər var: “Bu gün dünyanın müxtəlif ölkələrində çox aktiv Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bu təşkilatlarının qurulmasında və fəaliyyətində daha çox ziyalılar, az təminatlı soydaşlarımız öndə olurlar. Təəssüf ki, böyük pullar qazanan xaricdəki soydaşlarımız diaspor işinə çox az maraq göstərirlər. Konkret, UABD-ni götürsək, biz bu günə qədər yaşadığımız ölkədə öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Bura bazar günü məktələrinin açılması, dərs vəsaitlərinin hazırlanması və nəşri, Azərbaycanlı müəlliflərin kitablarının təqdimatı, Milli bayramların təşkili, Xocalı qətliyamı, Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna mediasında davamlı işıqlandırılması, təşkilatımıza məxsus internet saytın fəaliyyəti, qəzet çapı, internet TV-nin yaradılması və ən başlıcası ofisin və bütün bu işləri görə biləcək ən azı üç-dörd nəfər işçinin saxlanılması daxildir. Məsələn, bir diaspor təşkilatını ofissiz, həmin ofisi isə hüquqşünassız təsəsvvür etmək çox çətindir. Və yaxud da ofisin “qaynar xətti”ndə günün ən azı iş saatlarında bir nəfər oturması mütləqdir. UABD-nin ofis imkanları ilə yaxından tanış olan həm Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, həm də Azərbaycandan gələn deputatlar və jurnalistlər bu faktı açıq-aydın təsdiq edə bilərlər. Bütün çətinliklərə baxmayaraq biz son 5 ildə bu qaydada işləyirik”.
O qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Nizamnaməsində də qeyd olunduğu kimi, yeni yaranan Fond ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olacaq. Fondun fəaliyyətinin məqsədi və istiqamətləri çox aydındır. Burda Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qoruması, daha da inkişaf etdirilməsi və tanıtması kimi məsələlər mühüm yer tutur. Hansı ki, dar çərçivədə də olsa biz bu kimi işlərlə məşğul oluruq. Görünür, kifayət etmir və daha qlobal işlərə imza atılması nəzərdə tutulur.
Fondun fəaliyyətində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi də var. Eyni zamanda azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə dəstək davamlı olacaq”.
UABD) sədr müavini dedi ki, indiki halda bu işləri davamlı görə bilmirlər: “Çalışırıq ki, hər sahə ilə bağlı müvəqqəti də olsa kiçik bir iş görək və görürük də... Məsələn, Ukraynanın bir neçə Universitetində “Azərbaycan guşələri” yaratdıq, amma daha yaxşı olardı ki, bütün ali məktəbləri əhatə edək. Və yaxud da könül istər ki, ana dilində məktəblər təkcə Kiyevdə, Dneprda, Nikolayevda, Jitomirda, Sumıda, Xarkovda deyil, həm də başqa şəhərləri əhatə etsin.
UABD olaraq Komitənin yeni rəhbərliyinin bütün bu işləri yüksək səviyyədə görəcəyinə inanırıq. Artıq bu istiqamətdə bir sıra işlər görülüb, problemlər arxada qalıb. Ümid edək ki, ötən bir neçə ildə itirdiklərimizi qarşıdakı bir neçə ayda bərpa edəcəyik”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info