Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir
Tarix: 09.07.2018 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir.
Trend AMEA-ya istinadən məlumat verir ki, tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılıb. Hazırda Duzdağda duzun çıxarılması ilə bağlı infrastukturlar, duzun mübadiləsi və Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər araşdırılmaqdadır.
V.Baxşəliyevin bildirdiyinə görə, araşdırmalar zamanı, həmçinin Еnеоlit və Еrkən Tunc, Dəmir dövrünə və Orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılıb. Müəyyənləşdirilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz, həmçinin mübаdilə vаsitəsi оlub, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılıb.
V.Baxşəliyevin rəhbəri olduğu AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası 2018-ci ilin iyunundan başlayaraq Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşmasının sosial-iqtisadi əsasını müəyyənləşdirmək məqsədilə Duzdağla yanaşı, Naxçıvan ərazisindəki Naxçıvan təpə yaşayış yerində də araşdırmaları davam etdirməkdədir. Araşdırmalar göstərir ki, bu mədəniyyət Azərbaycanın cənub rayonlarında çiçəklənib, daha sonra Urmiya gölünün cənubuna doğru yayılıb. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərib. Belə hesab edilir ki, Dalmatəpə mədəniyyətinin (Urmiya gölünün cənub-qərbində aşkarlanıb, bizim eradan əvvəl 5000-4500-cü illərə aiddir) yayılma arealı Naxçıvanı da əhatə edib. Daha doğrusu, Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub.
Arxeoloq qeyd edib ki, builki tədqiqatlar nəticəsində Eneolit dövrünün erkən mərhələsinə - bizim eradan əvvəl beşinci minilliyin əvvəllərinə aid tikinti qalıqları, əmək alətləri, keramika nümunələri aşkarlanıb. Naxçıvan təpə sakinləri başlıca olaraq Göyçə və Sünik obsidianından (dəvəgözü - dağ süxuru olan vulkanik şüşə növü) istifadə ediblər. Mis, duz və obsidian kimi xammal növləri ticarətin və iqtisadi-mədəni əlaqələrin inkişafını stimullaşdırıb, gələcəkdə şəhər mədəniyyətinin formalaşması üçün baza yaradıb. Gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və münasibətlərin xarakterini daha aydın müəyyənləşdirməyə imkan verəcək. Araşdırmalar Dalmatəpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə də aydınlıq gətirəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Zaqatalada 150 nəfərədək könüllü qan verib
18.07.2018
Bərdənin iki kəndi təbii qazla təmin olunub
17.07.2018
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
17.07.2018
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018
Naxçıvanda test imtahanı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9652

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info