Azərbaycan Rusiya və Çində Şərab Evləri açacaq
Tarix: 09.07.2018 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür. Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab Evlərinin açılması planlaşdırılır.
Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər. Görüşdə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info