Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılışı olub
Tarix: 09.07.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılış mərasimi keçirilib. Yay məktəbində Avropanın 17 ölkəsindən olan 100 xarici hüquqşünas tələbə iştirak edir.
DMX-dən bildiriblər ki, mərasimdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılışı münasibətilə iştirakçılara təbriklərini çatdırıb və tədbirin DMX-də keçirilməsindən məmnunluğunu ifadə edib. Avropalı tələbələrin bu səfərinin ümumilikdə ölkəmiz haqqında, Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat almaq baxımından da yaxşı imkan olduğunu deyən V.Hüseynov iştirakçıların respublikamızda təşkil edilmiş yay məktəbindən razı qalacaqlarına əminliyini diqqətə çatdırıb. Bu platformanın əhəmiyyətini vurğulayan Xidmət rəisi artıq dördüncü dəfə Bakıda təşkil edilən layihənin səmərəsindən bəhs edib.
V.Hüseynov açılış mərasiminin mövzusu olan “Azərbaycanın açıq hökumət modeli: Miqrasiya sahəsində şəffaflıq və açıq hökumət prinsipləri”nin fəlsəfəsi, hüquqi bazası, praktik əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Açıq hökumətin prinsiplərinə və qanunvericiliyə uyğun olaraq DMX tərəfindən ölkəmizə gələn əcnəbilər üçün miqrasiya ilə bağlı prosedurların sadələşdirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. “İstər turist kimi, istərsə də işgüzar səfərə getmək istəyən şəxsin ilk olaraq maraqlandığı məsələlərdən biri də təyinat ölkənin miqrasiya qaydaları olur”, - deyən Xidmət rəisi ölkəmizdə miqrasiya xidmətlərinə rahat çıxış əldə etmək imkanlarını təmin etmək üçün həyata keçirilən islahatlar və tətbiq olunan son yeniliklərdən söhbət açıb.
“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın Azərbaycan nümayəndəliyinin – “ELSA Azərbaycan”ın vitse-prezidenti Çinarə Qasımova bildirib ki, Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA-ya üzv olub. Azərbaycanlı hüquqşünas tələbələr bu təşkilatın dəstəyi ilə xaricdə təcrübə keçiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli “ASAN xidmət” modeli haqqında geniş təqdimatla çıxış edib, “ASAN Viza”nın imkanlarından, yaratdığı məmnunluqdan danışıb.
DMX-nin beynəlxalq əməkdaşlıq idarəsi rəisinin müavini Ülvi Əliyev Azərbaycanda miqrasiya idarəçiliyinə dair təqdimatla çıxış edib.
Açılış mərasimində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info