Paşinyan Ermənistandan köçənləri geri çağırır
Tarix: 09.07.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Müharibə xofu bitməyincə, erməni miqrantlar çətin ki, geri qayıdalar...

«Paşinyan Ermənistandan qaçan ermənilərin geri köçürülmələrinin təşkil edilməsini ən vacib məqsədlərdən biri hesab edir». «Novosti-Armeniya» saytının yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan repatriasiyanı ən əhəmiyyətli siyasi məqsədlərdən biri adlandırıb: «Bu gün bizim siyasi qüvvəmizin və siyasi fəaliyyətimizin ən vacib hədəflərindən biri böyük repatriasiyadır». Bu fikirləri ötən gün Paşinyan Erməni Apostol Kilsəsinin Dünya Gənclər Birliyinin iştirakçıları ilə keçirdikləri görüş zamanı bildirib.
Qeyd edilməlidir ki, təşkilatın yekun tədbirinə dünyanın 20 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəsi qatılıb: «Biz Ermənistandan köçüb gedənlərin yenidən ölkəyə qayıtmalarını istəyirik. Çünki bura onların babalarının vətənidir. İndi bizdə insan hüquqlarına hörmət edilir, bərabər iqtisadi şəraitdə işləmək hüququ əldə etmişik (?-A.B.). Hazırda Ermənistanda yaradıcılıq imkanlarına sahib olan qanun və qayda mövcuddur»-deyən Paşinyan əlavə edib: «Bu gün bizim əsas məqsədimiz təkcə Ermənistandan olan köçkünlərin təkərini dayandırmaq deyil, eyni zamanda insanların buraya gəlməsi üçün onu tərsinə çevirməkdir».
Erməni baş nazir ölkədən kənarda yaşayıb, Ermənistana öz yaxınlarını ziyarətə gələn gənclərə bu ölkədə –valideynlərinin, qohumlarının yanında qalmağı məsləhət görür. Paşinyan bu çağırışının erməni gənclərinə təsirsiz ötüşməyəcəyini də istisna etməyib: «Ermənistan bizim ümumi vətənimizdir. Biz burada yaşayıb, yaratmalı və eyni zamanda digər soydaşlarımızı da bura dəvət etməyliyik. Biz vətənimizi qurub və möhkəmləndirmək üçün hər gün işləməliyik».

Maraqlıdır, görən, erməni baş nazir dediklərinin hər hansı bir effekt verəcəyinə inanırmı? Axı, tarix boyu «yaxşı yaşayış həsrəti» bu milləti həmişə miqrasiyaya təhrik edib. Ermənilər üçün vətən məfhumu o qədər də mühüm önəm kəsb etməyib. İndi Paşiyanın pafoslu çağırışları bizə Eçmiədzin sinodunun prokuroru A.Frenkelin 1907-ci ildə müqəddəs sinoda təqdim etdiyi arayışı xatırlatdı. Həmin arayışda prokuror "hərislik, intriqalar, satqınlıq, andı pozma, yaltaqlıq bu millətin əsas milli xüsusiyyətlərindəndir, bu vətəndaşın - erməninin qürurla adını çəkə biləcəyi vətəni yoxdur»-deyə bildirmişdi. Təkrar olsa da xatırladaq ki, hələ Sovetlər birliyi tərkibində olarkən ermənilər Moskvaya İrəvanın milyonçu şəhər olduğunu «təsdiq edən rəqəm» göndərmişdilər. Bu gün Paşinyanın xaricdə yaşayan ermənilərə çağırış etməsi də qəribə görünür. Təbii ki, bu gün erməni diasporunun dünyadakı mövcudluğu inkar edilə bilməz. Lakin unutmaq lazım deyil ki, bəzi başqa xalqlardan fərqli olaraq, ermənilər dünyada daha tez assimilyasiyaya uğrayan xalq kimi xarakterizə olunurlar. Yəni bu gün İspaniyada yaşayan erməni, ermənidən daha çox ispandır. Bu mənada təkcə Ermənistanda deyil, bütün dünyada ermənilərin sayında çox sürətlə azalma gedir. Qeyd edək ki, bu fikirləri tədqiqatçı V.Yelixovskayaya istinad edərək bildiririk.
Qeyd edilməlidir ki, Paşinyanın fəxrlə «hüquqi dövlət» kimi dəyərləndirdiyi Ermənistandan, elə indinin özündə də, qaçanlar ədalətsiz cəmiyyətdən qaçdıqlarını əsas kimi göstərirlər.
Nəhayət, bəlkə də ən əsası... Nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoymayıb, bu ölkə heç vaxt nəinki böyük, hətta kiçik bir repatriasiyaya belə nail olmayacaq. Bu gün özünü «demokrat» adlandıran Paşinyan hökumətinin yeritdiyi siyasət, özündən əvvəlki varislərinin yeritdiyi işğalçılıq siyasətindən heç nə ilə fərqlənmir. Paşinyanın işğalçı siyasətinin bariz nümunəsini bu gün erməni nəşrlərinin manşetə çıxardığı yazılar da təsdiq edir. Belə ki, nazir oğlu Aşot Paşinyan hərbi xidmət keçmək üçün Azərbaycanın işğal olunmuş ərazisinə göndərilir. Nə bilmək olar, bəlkə bu da ata Paşinyanın növbəti «domokratik» gedişlərindən biridir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info