Dövlət əleyhinə yönələn istənilən cəhdə qarşı ən sərt qərarlar qəbul edilməlidir
Tarix: 10.07.2018 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrdə qanunsuz çağırışlar edən bir qrup şəxs cəzalandırılıb

Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Bunlar Bakı sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rabil Səlvər oğlu, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü Ferazi Yaşar İbrahim oğlu, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Əliyev Elxan Rüstəm oğlu (05.10.1982), Salyan rayon sakini Mehdiyev Aqil Səlamət oğlu (06.10.1985), Bakı sakini Rəhimov Əli Şahbala oğlu (05.03.1992), Tərtər rayon sakini Camalov Rəşad Şamil oğlu (14.09.1990), Lənkəran rayonu Cəgiran kəndi sakini Şıxəliyev Elsevən Akif oğlu (05.07.1991), Sumqayıt şəhər sakini Quliyev İlqar Humay oğlu (27.06.1980), Cəlilabad şəhər sakini Sadıqov Əfqan Hətəmxan oğlu (06.12.1976), Sumqayıt şəhər sakini Əliyev Rüfət Yaqub oğludur (31.05.1986). Bu cür çağırışlar edən Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün, Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum edilib. Salyan rayonu Yenikənd kənd sakini Səfərsoy Rza Əli oğlu (06.05.1976), Bakı sakini Qasımov Səbuhi Hafiz oğlu (26.06.1996) barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır. Ağsu rayonu Hacıqədirli kənd sakini Balayev Mahir Adəm oğlu (18.03.1981) isə qanunsuz çağırış etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün artıq həbs olunub. Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Həsənov Bəhrəm Hüseyn oğlu (17.09.1987) və Bərdə rayonu Otuzikilər kənd sakini Rəhimov Orxan Oruc oğlu (07.03.1993) inzibati qaydada cərimə olunub. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Bayramlı Səməd Elmin oğluna (14.07.1998) isə xəbərdarlıq edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə qanunsuz çağırış edən bir qrup şəxsin məqsədi ölkədə sabitliyi pozmaq və bununla da müəyyən xarici dairələrin sifarişini yerinə yetirməkdir. Ölkə ictimaiyyəti qəti olaraq həmin çağırışları pisləyir. Gəncə dindarları tərəfindən yayılan müraciətdə qeyd edilir ki, din terroru lənətləyir və dindarlar ölkədə sabitliyi pozmağa yönələn cəhdlərə qarşıdırlar. Ölkə ictimaiyyəti də sosial şəbəkələr vasitəsilə olan qanunsuz çağırışlara qarşı mövqeyini ortaya qoyur. Dövlət bu cür çağırış edənlər qarşı lazımi addımlar atmalıdır. Cəmiyyətin də tələbi, istəyi budur ki, sabitliyi pozmağa, dövlətimizə qarşı yönələn istənilən cəhdə qarşı qanuni şəkildə ən sərt qərarlar qəbul edilməlidir. Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən yayılan bəyanatda da qeyd edilir ki, bu günlərdə Gəncədə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı həyata keçirilən terror hadisəsi əslində məqsədli şəkildə dövlətçiliyimiz əleyhinə hazırlanmış təxribatdır: “Təsadüfi deyil ki, bu terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələr vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməyə başlamışlar. Biz ölkə QHT-ləri olaraq dövlət rəsmisinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumuzu bəyan edirik. Hesab edirik ki, ölkəmizdə sabit ictimai-siyasi vəziyyətin qorunub saxlanılması və möhkəmləndirilməsi siyasi düşüncəsindən, ictimai baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənafeyi üçün vacibdir. Ona görə də həmvətənlərimizi təxribatçı çağırışlara uymamağa, xarici dairələrin əlində alət olan şəxslərin əməllərini birmənalı pisləməyə çağırırıq. Şübhə etmirik ki, müstəqilliyimizə, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd, həmişə olduğu kimi, bu dəfə də hakimiyyətlə xalqın birliyi sayəsində iflasa uğrayacaq".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info