Çin və Rusiyada Azərbaycan Şərab evləri açılacaq
Tarix: 10.07.2018 | Saat: 02:41:00 | E-mail | Çapa göndər


“İxrac təşviqinin 45 faizə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür”

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür. Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab evlərinin açılması planlaşdırılır.
Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər. Görüşdə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info