Ukrayna və Kanadadakı diasporlarımız birgə fəaliyyətə qərar veriblər
Tarix: 10.07.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanıb. XəzərNews.az xəbər verir ki, birgə əməkdaşlıq haqqında sənədi Edmonton şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov və Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev, həmçinin İdarə Heyətinin üzvləri - Etibar İsmayılov, Natavan Mahmudova, Reyhan Hüseynova, Samir Əsgərov imzalayıblar. 
Sənəddə bildirilir ki, bu Memorandumu imzalayan tərəflər - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti Azərbaycanın milli, mədəni, irsi dəyərlərinin soydaşlarımız arasında qorunmasına və inkişafına töhfə verəcək konkret işlərin görülməsi, eləcə də soydaşlarımızın daha sıx birliyinə nail olmağı əsas tutacaqlar. Həmçinin Kanadada fəaliyyət göstərən diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyəti davam etdirəcək, bu birliyə nail olmaq, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün müzakirələr aparacaqlar. Eyni zamanda Azərbaycanın milli dəyərlərini, mədəniyyətini və tarixini dünya ictimaiyyətinə çatdırmaq, media qurumları ilə əlaqələri gücləndirmək və genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadə edəcəklər. 




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
“Lenta.ru”: “Brüsseldə Paşinyanı sındırdılar”
19.07.2018
«ArmenianReport»: ”Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə təhlükədir”
18.07.2018
Stepan Petrosyan: “Ermənistanda hərbi sənaye sahəsində heç bir iş görülmür“
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır
17.07.2018
Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info