“Yenisafak.com”: “ TANAP iki qardaş ölkənin enerji sahəsində birgə reallaşdırdığı layihələrin bariz nümunəsidir” 
Tarix: 10.07.2018 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


“Türkiyə TANAP layihəsi ilə qlobal güç mübarizəsində böyük qazanc əldə edəcək”


XXI əsrin layihəsi adlandırılan TANAP-ın əhəmiyyəti dünya mediasında davamlı olaraq işıqlandırılır. Qonşu Türkiyənin KİV-lərində nəhəng layihə ilə bağlı ardıcıl yazılar öz əksini tapır. Bugünlərdə “Yenisafak.com” saytında TANAP-la bağlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Türkiyə TANAP layihəsi ilə qlobal güç mübarizəsində böyük qazanc əldə edəcək.

TANAP-ın əhəmiyyətindən bəhs edən “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat LeCompte bildirib ki, Türkiyə əvvəllər Bakı-Tbilisi-Ceyhan, Kərkük-Yumurtalıq boru kəmərləri və boğazlar vasitəsilə xam neft üçün keçid rolunu oynayırdı. İndi isə Türkiyə üzərindən Avropaya təbii qaz daşınacağı üçün Türkiyə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən ölkə olacaq. TANAP Türkiyə ərazisindən keçdikdən sonra Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan “Trans-Adriatik” (TAP) boru kəmərinə birləşəcək. TAP-la Azərbaycan təbii qazı ilk dəfə Avropa bazarına çatdırılacaq.
M.LeCompte qeyd edib ki, TANAP ilkin mərhələdə “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazı nəql edəcək. Gələcəkdə isə Xəzər dənizindəki digər yataqlardan və bölgələrdən asanlıqla təbii qaz daşıya biləcək: “TANAP-ın inşasında 10 min nəfərin birbaşa və ya bilavasitə çalışıb. İndiyədək layihə üzrə 82 milyon nəfər/saat iş görülüb. TANAP-ın tikinti işləri bitməyib və hələ də davam edir. Boru kəmərinin Eskişehire qədər olan hissəsi tamamlanıb və istifadəyə verilib. Ancaq Eskişehirdən İpsalaya qədər, yəni Avropaya qaz daşıyacaq hissə üzrə tikinti işləri davam edir. TANAP-ın birbaşa investisiya məbləği 8 milyard dollardır”.
TANAP layihəsinin təbii qazın qiymətinə təsirindən danışan M.LeCompte deyib ki, gələcəkdə başqa qaz mənbələri də Türkiyə üzərindən keçə bilər və burada “hub” adı verilən enerji mərkəzi yaranarsa bunun qiymətə müsbət təsiri olacaq.

“İki dövlət, bir millət imzası”

M.LeCompte Azərbaycan və Türkiyənin iki qardaş ölkə kimi enerji sahəsində keçmişdən bəri bir çox ortaq layihələr həyata keçirdiyini deyib: “TANAP bunun ən bariz nümunəsidir. SOCAR Türkiyə olaraq bizim məqsədimiz “İki dövlət, bir millət” prinsipi ilə iki ölkənin də rifahına və inkişafına təsir edən nəhəng layihələr reallaşdırmaqdır. Gələcəkdə də bu cür nəhəng enerji layihələrini həyata keçirməyə davam edəcəyik”.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.
“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Ağır sənayedə idxalı əvəzlənə bilən məhsulların yekun siyahısı hazırlanıb
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info