Müxalifət cinayəti niyə təbliğ edir?
Tarix: 11.07.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Kriminal əməl azərbaycanlı üçün örnək ola bilməz

Gəncədə baş verən məlum cinayət hadisəsi ictimaiyyət tərəfindən qınanılsa da, müxalifət bu arzuolunmaz olaya müxtəlif don geyindirməkdə davam edir. Maraqlıdır ki, adətən, siyasi qüvvələr cəmiyyətin diqqətini çəkən hər hansı bir məsələdən, hadisədən dividend qazanmaq üçün mütləq kütlənin maraqlarını nəzərə alır, xalqın, cəmiyyətin əksinə addım atmırlar. İndiki halda isə Azərbaycan müxalifəti bu prinsiplərin tam əksinə hərəkət edir. Yəni bilərək ki, cinayət hadisəsi yolu ilə-silahla, qan tökülməsi ilə hər hansı bir məqsədə nail olunması daim qınanılıb və bu gün də Yunis Səfərov xalqın gözündə adi cinayətkar obrazıdır, yenə də onu qəhrəmana çevirməyə çalışırlar. Sanki bu olay Əli Kərimli və onun trol komandasından tutmuş, xaricdə yaşayan bəzi siyasi mühacirlər və söyüşcül dəstələrəcən hər kəs üçün bir göydəndüşmə oldu. Təsəvvür edin ki, indi xaricdəki ağalarının tapşırıqlarına, proqram və ideyalarına uyğun davranan bu adamlar sosial şəbəkələr üzərindən etdikləri bütün paylaşımların 90 faizini bu cinayətkara haqq qazandırmağa həsr edirlər. Canlı yayıma çıxaraq özləri ağılda olan siyasətçilərlə debatlar təşkil edən bu qüvvələr anlamırlar ki, nə Yunisin əməli, nə vaxtilə Nardaranda bir neçə nəfərin ölümünə səbəb olmuş radikal dindarların törətdiyi cinayət hadisələri, nə də ki, başqa bu kimi olaylar heç vaxt sadə azərbaycanlı üçün örnək ola bilməz. Amma bu qüvvələr çalışırlar ki, kriminal hadisələri, terroru, terroristi insanlara örnək göstərsinlər. Tanış mənzərədir, deyilmi? Yaxın keçmişimizdə Azərbaycan indiki müxalif qüvvələrin sayəsində belə utancverici tarixi yaşayıb. Hakimiyyətə gələn və heç bir siyasi təcrübəsi olmayan indiki müxalifətçilərin böyük əksəri hələ 90-cı illərin əvvəllərində belə metodlardan çox yararlanırdılar. Bu səbəbdən də ölkədə xaos, siyasi hərc-mərclik, iqtisadi böhran o qədər dərinləşdi ki, sonda Ermənistan yaranmış bu vəziyyətdən öz xeyrinə istifadə edə bildi. Təsəvvür edin ki, əlinə silah alan və ətrafına qüvvə toplayan hakimiyyət iddiasında olurdu, hakimiyyətdə təmsil olunan bəzi məmurlar isə silahlı qruplaşmalar saxlayır, xoşlamadığı məmura və ya ayrı-ayrı şəxslərə qarşı güc tətbiq edirdilər, az qala, hər gün ölkədə qalmaqallı cinayət hadisələri olurdu. Hələ o illərdə də baş verən ağır cinayət hadisələrinə, hansısa məmurun və ya siyasi qruplaşma üzvü olan birinin öldürülməsinə haqq qazandırılırdı. İndi də həmin düşüncədə olanlar insanlara aşılamağa çalışırlar ki, kriminal hadisədən, guya, “xoşbəxt gələcək doğur” və s.
Müxalifətin, əslində, siyasi konsepsiyaları olmalı, hakimiyyətə gələcəkləri təqdirdə hansı işləri görəcəkləri ilə bağlı əsaslandırılmış proqramları hazırlanmalı, insanlara siyasi fikirlər, normal diskussiyalarla inam yaradan çağırışları edilməlidir. Bizim müxalifətdə siyasi mənzərə necədir? Ölkədə bir balaca səs-küy yaradacaq mənfi yöndə baş vermiş hadisə olan kimi, bunu əllərində bayraq edib, həmin mənfi hadisəni müsbət olay kimi təqdim etməyə çalışırlar. Təki ictimai fikrə öz xeyirlərinə uyğun təsir edə bilsinlər. Xaricdə formalaşan söyüşcül dəstənin nəzarətində olan sosial şəbəkələrdəki səhifələr isə hər gün şayiələrlə dolu paylaşımlar edərək, guya, operativ məlumat yaydıqları görüntüsü yaradırlar. Əslində isə bu “operativlik” müəyyən məqsədlərə xidmət edir...
Ümumiyyətlə, “Facebook”un yarandığı bir ölkədə-ABŞ-da belə, sosial şəbəkədə təxribat xarakterli məlumatların yayılması yolverilməzdir. Çünki bu və digər hallar sonda ölkədə insanları kütləvi iğtişaşlara çağırmaq, vəziyyəti qarışdırmaq niyyəti daşıyır. Bizdə isə müxalifət aşkar şəkildə cinayət hadisəsini təbliğ edərək bunu müsbət yöndə təqdim edir və insanlara çağırışlar edirlər ki, bu örnək addımdır və hər kəs belə davranmalıdır....
Qısası, cinayətin məşhurlaşdırılması və bunu antimilli qüvvələrin öz maraqları çərçivəsində istiqamətləndirməsi cəmiyyətdə təhlükəli halların sayının artmasına gətirib çıxara bilər. Hər halda, müxalifətin də məqsədi budur ki, cəmiyyətimizdə təhlükəli hallar artsın, ölkəmiz qarışsın və onların ağaları bu adamların vasitəsilə istəklərini rahat şəkildə həyata keçirə bilsinlər. Eynilə 90-cı illərin əvvəllərində olduğu kimi...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info